Qaynar Məqalələr

ENDOMETRİT

qadin

ENDOMETRİT.
Endometrit uşaqlığın daxili qişasının iltihabi xəstəliyidir. Bu patologiya adətən uşaqlıq boşluğunda əməliyyatlardan (diaqnostik qaşınma, abortlardan sonrakı ağırlaşmalar, doğuşdan sonra,uşaqlıqdaxili kotraseptivlər və s.) sonra baş verir. Xəstəlik zamanı funksional qatla bərabər , bazal qat da zədələnir. Ağır formalı endometritlərdə isə proses əzələ qatına keçir. Endometritin 2 növü var:
-diffuz
-ocaqlı
Endometrit spesifik və qeyri spesifik olur. Spesifik endometriti vərəm çöpləri, qonokokk, xlamidiya və başqa spesifik törədicilər yaradır. Çox zaman iltihabi proses limfa kapilyarları və qan damarları ilə əzələ qatına keçir. Diaqnoz anamnez, kliniki simptomlar, bakterioskopik müayinə əsasında qoyulur.
Müalicəsində antibiotiklərdən, ümumi möhkəmləndiricilərdən istifadə olunur.

Xroniki endometrit:
Iltihabi proses uzun çəkərsə əzələ qatı prosesə cəlb olunur və nəticədə əzələ hüceyrələri tədricən birləşdirici toxuma ilə əvəz olunur. Xroniki endometritin əmələ gəlməsinə uşaqlıq boşluğunun qaşınması, doğuşdan sonra qeyri-düzgün müalicə səbəb ola bilir.
Diaqnozu histoloji müayinə əsasında təsdiqlənir.
Kliniki gedişi:
Xroniki endometritlərdə aybaşı tsikli uzunmüddətli olur. Buna səbə uşaqlığın yığılma qabiliyyətinin pozulmasıdır. Xəstənin şikayəti qarnın altında, belində olan ağrılardandır. Adətən xroniki endometritlərdə qadınlar hamilə qala bilirlər lakin döl yumurtasının inkişafı pozulur və düşük baş verir.
Müalicəsi:
Xroniki endometritin müalicəsi kompleks şəklində aparılır. Xəstəyə fizioterapevtik müalicələr, ümumi möhkəmləndirici, müqavməti artırmaq üçün preparatlar təyin olunur. Xəstəyə güclü antibiotiklər təyin edilir.

immunitet.az

loading...

Məsləhət Görürük

abort2

Abort nədir?

Abort nədir? Abort uşaqlıq divarının selikli qişasından dölün xaric olunmasıdır. Abort hamiləliyin hər hansı bir …

Яндекс.Метрика

Designed by F.Aliyev