Qaynar Məqalələr

Aybaşıönü sindrom

aybası

Aybaşıönü sindrom.
Aybaşıönü sindrom aybaşıya 2-10 gün qalmış baş verən və aybaşı başladıqdan sonra keçib gedən simptomokompleksdir. Simptomokompleks neyropsixi, vegetativ – damar və mübadilə-endokrin pozulmaları şəklində təsadüf olunur. Xəstəliyin patogenezi mürəkkəbdir və tam olaraq öyrənilməmişdir. Aybaşıönü sindromun baş verməsinə dair bir çox nəzəriyyələr mövcuddur. Hormonal nəzəriyyəyə əsasən sindromun inkişafına səbəb aybaşı tsiklinin ikinci fazasında esterogenlərin çoxlugu və progesteronun çatışmazlığı güman edilir. Bu hormonların çatışmazlığı isə öz növbəsində tez yorulma, adinamiya, ödemlər, sidiyin azalması, süd vəzilərinin şişkinləşməsi və s. simptomların inkişafına səbəb olur. Aybaşıönü sindromun yaranması amillərinə stresslər, neyroinfeksiyalar, ağırlaşmış doğuşlar və abortlar daxildir. Bu zaman xəstələrdə miqren tipli baş ağrıları, ürəkbulanma, qusma, qarnın köpməsi baş verir.
Klinikası:
Bu və ya digər əlamətlərin üstünlük təşkil etməsindən asılı olaraq, aybaşıönü sindromu sinir-psixi, ödem, sefalgik və kriz formaları ayırd edilir.
Aybaşıönü sindrom zamanı xəstələrdə zəiflik, aqressivlik, tərləmə, qaşınma, pulsasiyaedici baş ağrıları, qusma əlamətləri, kriz formasında hətta arterial təzyiqin yükəlməsi, döş qəfəsində ağrılar müşahidə olunur.
Diaqnostikası:
Patoloji simptomların aybaşıdan 10 gün qabaq meydana çıxmasına əsaslanır. Diaqnozu dəqiqləşdirmək üçün EEG, REG aparmaq məqsədəuyğundur.
Müalicə:
Xəstəliyin müalicəsində psixoterapiya, autogen məşqlər başlanır, əmək və istirahət rejmini normallaşdırılır, pəhriz təyin edilir. Xəstəyə aybaşı tsiklinin ikinci fazasında qəhvə, şokolad duz və mayenin məhdudlaşdırılması məsləhət görülür. Ümumi bədən masajının aparılması xəstələrə yaxşı təsir edir. Simptomlara görə müalicə təyin edilir.

immunitet.az

loading...

Məsləhət Görürük

abort2

Abort nədir?

Abort nədir? Abort uşaqlıq divarının selikli qişasından dölün xaric olunmasıdır. Abort hamiləliyin hər hansı bir …

Яндекс.Метрика

Designed by F.Aliyev