Yumurtalığın apopleksiyası

1234

Yumurtalığın apopleksiyası.
Yumurtalığın apopleksiyası yumurtalıq toxumasının qəflətən dağılması, qarın boşluğuna qanaxma və ağrı sindromu ilə müşayiət olunur.
Ümumi məlumat:
Yetkin qadınlarda yumurtalıqda yumurtahüceyrə yetişən follikullar böyüyür, gələcək hamiləliyə hazırlıq gedir. Aybaşı dövrünün əvvəlində follikul maksimal ölçüyə qədər böyüyür. Sonra follikul partlayır, yumutaheceyrə xaric olur – ovulyasiya baş verir. Kəskin və xroniki xəstəliklər zamanı ovulyasiya prosesində pozğunluqlar baş verir. Nəticədə qarındaxili qanaxma artır, hematoma əmələ gəlir.
Səbəbləri:
Yaranma səbəblərindən asılı olaraq 3 forması ayırd edilir:
1. Ağrılı forması – kəskin ağrı qeyd olunur, qarındaxili qanaxma ilə bağlı olur.
2. Anemik forma – daxili qanaxma qanazlığı ilə müşayiət olunur.
3. Qarışıq forma.
Simptomları:
1. Ağrı sindromu ən çox aybaşının ortasında və aybaşı dayanandan sonra qarnın aşağı hissəsində ağrılar qeyd olunur. Ağrılar düz bağırsağa, belə və göbək nahiyəyə vurur.
2. Qarın boşluğunda qanaxmalar aşağıdakı əlamətlərlə müşayiət olunur:
-təzyiqin aşağı düşməsi
-nəbzin tezliyi
-zəiflik və başgicəllənmə
-üşütmə, hərarətin 38 dərəcəyədək qalxması
-birdəfəlik qusma
-ağızda quruluq
Siz nə edə bilərsiniz:
Mütləq bu zaman xəstəyə horizontal vəziyyət verməli, təcili yardım çağırıb xəstəni genikoloji cərrahi stasionara yerləşdirmək lazımdır.
Müalicəsi:
Yüngül formada konservativ müalicə aparmaq olar. Ən çox cərrahi müalicə tələb olunur.

immunitet.az

loading...

Məsləhət Görürük

usaqliq

Uşaqlıq və uşaqlıq yolunun düşməsi

Uşaqlıq və uşaqlıq yolunun düşməsi. Bu patologiyanın əmələ gəlməsinə ön qarın divarının əzələlərinin quruluş və …

Яндекс.Метрика

Designed by F.Aliyev