Qaynar Məqalələr

VƏRƏM MENİNGİTİ

0987

VƏRƏM MENİNGİTİ.
Seroz meningitlər beyin qişalarında seroz iltihabi dəyişikliklərlə xarakterizə olunur. Etioloji səbələrinə görə bakterial, virus və göbələk mənşəli meningitlər olur.
Vərəm meningiti böyüklərə nisbətən uşaqlarda və yeniyetmələrdə daha çox rast gəlinir. Xəstəlik ağciyər və bronxial vərəmin fəsadı kimi inkişaf edir, bunun ardınca hemotogen disseminasiya və beyin qişalarının zədələnməsinə gətirib çıxarır.
Xəstəlik zamanı daha çox beyin əsasının qişaları, damar kələfləri zədələnir. Ekssudativ və proliferativ dəyişikliklər müəyyən edilir.
KLİNİKASI: Xəstəliyin başlanğıcı yarımkəskindir. Böyüklərdə yüksək yorğunluq, baş ağrıları, anoreksiya, rəngin qaçması, tərləmə, zəiflik, xasiyyətin dəyişməsi, uşaqlarda dəymədüşərlik, ağlağanlıq, fəallığın azalması, yuxululuqla təzahür edir. Xəstələrdə subfebril qızdırma olur, baş ağrıları, qusma olur. Xəstəliyin əlamətləri üzə çıxdıqdan 2-3 həftə sonra zəif ifadə olunmuş qişa əlamətləri üzə çıxır. Xəstələrdə ikigörmə, gözün üst qapağının ptozu və çəpgözlülük təzahür edir. Xəstəliyin kəskin gedişi nadir hallarda baş verir, adətən yarımkəskin  vəziyyət olur. Daxili orqanların vərəmi ilə bağlı olaraq əvvəllər spesifik preparatlarla müalicə almış xəstələrdə xroniki gediş müşahidə oluna bilir.
DİAQNOZU: Diaqnoz anamnezə (vərəmli xəstə ilə kontakt), daxili üzvlərdə vərəmin olması haqqında məlumata və nevroloji əlamətlərin inkişafına görə qoyulur. Serebrospinal mayenin müayinəsi diaqnozun qoyulmasında böyük rol oynayır. Qanda lykositoz və EÇR sürəti yüksəlir.
MÜALİCƏSİ: Müalicəsi vərəm əleyhinə vasitələrin müxtəlif variantlarda birgə
təyinindən istifadə olunur. İlk 2 ay ərzində xəstəyə vərəm əleyhinə dərmanlar təyin edilir. Bakteriasid effekti maksimal gücləndirmək məqsədilə dərmanın gündəlik dozası artırılır. Bu dərmanların hepatoksik təsiri olduğu üçün toksiki əlamətləri aradan qaldirmaq üçün dərmanlardan da istifadə olunur.
Xəstələr müalicə olunursa 95% müsbət nəticə əldə eləmək olur. Bəzən fəsadlar baş verə bilir. Bu adətən xəstələrin həkimə müraciət etmədikləri halda baş verir.

immunitet.az

loading...

Məsləhət Görürük

??????????????????????????????????????????????????????????????????????????????

Müxtəlif epilepsiya tutmalarının əmələ gətirdiyi patologiyalar

Müxtəlif epilepsiya tutmalarının əmələ gətirdiyi patologiyalar Epilepsiya tutmaları hərəki və şüuri patologiyalardan başqa aşağıdakılara səbəb …

Яндекс.Метрика

Designed by F.Aliyev