Qaynar Məqalələr

Mal əti və tərəvəzlərdən rumınsayağı zraza

mal

Mal əti və tərəvəzlərdən rumınsayağı zraza.
Mal əti (bud) – 750 qr
Kök – 600 qr
Kərəviz – 600 qr
İstiot ( Baş sogan – 200qr)
Toyuğun döş əti (hisə verilmiş) – 100 qr
Bitki yağı – 100 ml
Cəfəri
Sous üçün lazım olan ərzaqlar
Un – 1,5 xörək qaşığı
Kərə yağı – 50 qr
Tomat pastası – 2 xörək qaşığı
Ət bulyonu – 2 stəkan
Su – 1/2 stəkan
Duz zövqə görə
Hazırlanma qaydası:
Ət nazik və iri tikələrə doğranıb döyülür, duz və istiot əlavə edilir. Kök, soğan və kərəviz təmizlənildikdən sonra yuyulur və xırda doğranır, daha sonra döş əti ilə birlikdə bitki yağında qızardılir. Xırdalanmış cəfəri, düz və istiot əlavə edilir və qarışdırılır. İçlik qaşıqla döyülmüş ətin içinə qoyulur və rulet formasında büküb taxta çöplərlə bərkidilir. Əvvəlcə qızdirılmış yağda qızardılır, üzərinə ətli bulyon əlavə edilir və sobaya qoyulub hazır olana qədər bişirilir.
Eyni vaxtda sous da hazırlamaq olar. Bunun üçün ət bulyonu tomat pastası ilə birlikdə qaynadılır. Yağa qatılmış un azca qovrulub bulyonun içinə elə əlavə edilir ki, toplanmasın.Duz, istiot və su əlavə edilərək, 15 dəqiqə müddətinə bişirilir. Sous zrazanın üzərinə tökülür və soba söndürülür.
Zraza süfrəyə düyü və ya kartof püresi ilə verilir.

immunitet.az

loading...

Məsləhət Görürük

makarna

Sobada toyuqlu makaron

  Sobada toyuqlu makaron. Lazım olanlar: * 3 ədəd toyuq budu * 500 qram makaron …

Яндекс.Метрика

Designed by F.Aliyev