Maqnitoterapiya

maqno

Maqnitoterapiya
Maqnitoterapiya –  sabit, dəyişkən və ya pulsasiya edən aşağı tezlikli maqnit sahəsi ilə müalicə deməkdir. Maqnitoterapiya digər metodlara nisbətən daha çox xəstəxana, eləcə də ev şəraitində tətbiq olunur. Maqnitoterapiyaya əks göstərışlər aşağıdakılardır:
-kəskin periodda iltihabi xəstəliklər və qanaxmalar
-hipotoniya
-cərrahi müdaxiləya qədər irinli proseslər
-ürəyin ağır işemik xəstəliyi
-erkən post infarkt period
-hamiləlik
-qanın sistem xəstəlikləri
-onkoloji xəstəliklər
Apparat ALMAQ-01-insan orqanizminin zədələnmiş toxumasına maqnit sahəsinin yürüyən impulsu ilə təsir edir. Yürüyən impulslu maqnit sahəsi 6-8 sm insan vücuduna daxil olur, buna görə bilavasitə müxtəlif organlara təsir edir. Cihaz ətrafdakılar üçün təhlükəsizdir, beləki, 15 sm məsafədə maqnit sahəsi Yerin fon səviyyəsinə qədər zəifləyir. Bu apparatın tətbiqi litihabi proseslərin simptomlarını aradan götürür, ağrıları aradan qaldırır, buna görə də qəbul olunan dərmanların sayı azaldılır. ALMAQ 60-yaxın yayılmış xəstəlikləri-osteoxondrozu, radikulitləri, artritləri, sınıqları, burxulmaları, nevralqiyaları və s. müalicə edir. Apparatın müalicəvi effekti tətbiq etdikdə artıq birinci-dördüncü gün özünü götərir.
Terapiya metodu kəskin və remissiya dövründə müxtəlifdir. Kəskin periodda proseduralar sutkada 6 saat intervalı ilə iki dəfə aparılır. Bir seansın muddəti birinci günlər 10 dəqiqə çəkir, tədricən 20 dəqiqəyə çatdırılır, ağır hallarda 30 dəqiqə aparılır.
Osteoxondrozun müalicəsi remissiya dövründə sütkada 1 dəfə, yuxudan əvvəl aparılır ki, onurğa proseduradan sonra fiziki yükə məruz qalmasın.
Osteoxondrozun müalicə kursu kəskin və xroniki formalarda eynidir, minimum 15, maksimum 20 prosedurdan ibarətdir. Təkrar kursları birinci kurs qurtardıqdan 1 – 1,5 ay sonra aparmaq olar, ikinci kurs qurtardıqdan 3-4 ay sonra ALMAQ aparatı ilə maqnitoterapiya aparılır.

immunitet.az

loading...

Məsləhət Görürük

agri

Əzələ distrofiyası

Əzələ distrofiyası. Əzələ ditrofiyası əzələlərin zəifləməsi və degeneraziyasının pozulması nəticəsində baş verən patologiyalarla müşahidə edilir. …

Яндекс.Метрика

Designed by F.Aliyev