Qaynar Məqalələr

AĞIZDAN GƏLƏN PİS QOXU

agzidan

AĞIZDAN GƏLƏN PİS QOXU.
Gününüzdə bir çox insanlarda olan və ətrafdakıları narahat edən ağız qoxusunu bir neçə üsulla aradan qaldırmaq mümkündür. Mütəxəssislər ağız qoxusuna diş əti xəstəliklərinin, diş çürüyünün, uzun müddət əvvəl qoyulmuş diş plombunun və tüpürcək vəzinin kifayət qədər tüpürcək ifraz etməməsinin səbəb olduğunu söyləyirlər.
Diş həkimləri ağız qoxusuna diş və diş əti xəstəliklərinin səbəb olduğunu təsdiqləyirlər. Onıar diş əti çəkilməsinin, dişlər arasında qida qalıqlarının qalmasının, diş daşının da ağızda qoxuya səbəb ola biləcəyini söyləyirlər. Həkimlər sadaladığımız diş xəstəliklərinə dişlərin uşaq vaxtından düzgün fırçalanmaması səbəb olduğunu deyirlər.
Ağzından qoxu gələn şəxs aşağıda yazılanlara mütləq əməl eləməlidir:
– diş həkiminə müraciət eləməli;
– lor həkiminin müayinəsindən keçməli;
– gündə bir neçə dəfə ağız yaxalayıcısıyla ağzını yaxalamalı;
– dişlərini gün ərzində bir neçə dəfə yumalı;
– xüsusi fırça ilə dilinin üstünü də fırçalamalıdır.
Bunlardan başqa ağızda olan çürük dişlərin müalicəsi, diş əti daşlarının təmizlənməsi, lifli qidaları yedikdən sonra dişlərin arasının diş sapı vasitəsilə təmizlənəsi ağızda olan qoxunu aradan qaldırır.

immunitet.az

loading...

Məsləhət Görürük

qis

Orqanizmi qışa necə hazırlamalı

Orqanizmi qışa necə hazırlamalı. İsti yay fəsli öz yerini sərin və küləkli payıza verdikcə havalar …

Яндекс.Метрика

Designed by F.Aliyev