Qaynar Məqalələr

Yemiş

yemis

Yemiş.
Yemiş qarpıza bənzədiyi üçün onu meyvə adlandırırlar. Lakin elmi təsnifata görə yemiş – çərəzkimilərə aid tərəvəzdir. Yemiş meyvəsinin tərkibi şəkər, C və P vitaminləri, karotin, fol turşusu, dəmir, kalium, natrium duzları ilə zəngindir.
Yağlı və gec həzm olunan qidalardan sonra yemiş yedikdə həzm sürətlənir və mədədə olan ağırlıq 10 dəqiqə ərzində keçib gedir. Yemiş həm də susuzlugu aradan qaldırır, sinir sistemini sakitləşdirir və su-duz mübadiləsini tənzimləyir.
Lakin yemişi cox miqdarda qəbul etmək məsləhət deyil, çünki bu, bağırsaqların yüklənməsinə səbəb olur. Yaxşı olar ki yemişi yeməkdən 2-3 saat sonra qəbul edəsiniz. Onun qəbizlik zamanı da faydası var.
Yemişin lətindən sidikqovucu, bağırsaqları yumşaldıcı, babasil əleyhinə vasitə kimi istifadə olunur.
Xalq təbabətində yemişin qabığından əzilmələr, podaqra, öskürək və angina zamanı istifadə olunur.
Yemiş marmeladı – 1 kq yetişmiş şirəli yemişi xırda doğradıqdan sonra vam odda əzilənə qədər bişirin və ələkdən keçirin. Alınmış püreyə 1 kq şəkər tozu əlavə edin və qatılaşana qədər qaynadın. Soyudulmuş marmeladl şüşə bankada saxlayın.
Yemiş şorabası – qabıqdan təmizlənmış yemiş dilimlərini şüşə bankaya yığıb üzərinə marinad əlavə edin. Bankaları qapaqla bağlayıb pasterizə edin. Marinadı hazırlamaq üçün hərəsindən bir stəkan olmaqla süfrə sirkəsi və suyu ¾ stəkan şəkər tozu, 2 xörək qaşığı bal, 3 ədəd mixək, 1 şay qaşığı duz, darçın və qara istiotla qarışdırın. Bir az qaynadıb soyudun və süzün.

immunitet.az

loading...

Məsləhət Görürük

qis

Orqanizmi qışa necə hazırlamalı

Orqanizmi qışa necə hazırlamalı. İsti yay fəsli öz yerini sərin və küləkli payıza verdikcə havalar …

Яндекс.Метрика

Designed by F.Aliyev