Qaynar Məqalələr

Yaşıl mərci salatı

yemek

Yaşıl mərci salatı
Lazım olan ərzaqlar:
¾ stəkan mərci
½ stəkan bulqur
7-8 ədəd yaşıl lobya
1 ədəd iri pomidor
50 qr ağ pendir
½ ədəd limon
1 dəstə reyhan
1 dəstə keşniş
1 dəstə cəfəri
1 dəstə nanə, 3 xörək qaşığı zeytun yağı, 1-2 çay qaşığı narşərab, duz və qara istiot
Hazırlanma qaydası:
Mərci və yaşıl lobya ayrı-ayrılıqda bişirilir, bulqur isə yarımstəkan qaynar suda 30-40 dəqiqə isladılır. Limonun şirəsi sıxılıb 2 xörək qaşığı zeytun yağı narşərabın yarısı ilə qarışdırılaraq mərciyə əlavə olunur. İki-üç yerə bölünmüş lobya, bulqur, doğranmış göyərtilər mərciyə qatılaraq qarışdırılır. Zövqə görə duz və istiot əlavə olunur. Pomidorlar nazik halqalarla doğranır, boşqaba düzülür, ortasına salat qoyulur, salatın üstünə kiçik kub şəklində doğranmış pendir səpilir. Narsərabın və zeytun yağının qalanı salatın üzərinə gəzdirilir.

immunitet.az

loading...

Məsləhət Görürük

makarna

Sobada toyuqlu makaron

  Sobada toyuqlu makaron. Lazım olanlar: * 3 ədəd toyuq budu * 500 qram makaron …

Яндекс.Метрика

Designed by F.Aliyev