Qaynar Məqalələr

Xurma

xurma

Xurma.
Xurma cinsinin nümayəndələri həmişəyaşıl və ya yarpağını tökən, əksərən tropik mənşəli ağac və ya kol bitkisidir. Bu cinsə 200-dən artıq növ daxıldir. Ən əhəmiyyətli növləri şərq xurması və Qafqaz xurmasıdır.
Şərq xurması və ya yapon xurması – Diospyros kaki L- 15 metrə qədər hündürlükdə, yarpağını tökən ağac bitkisidir. Ətli, yastı, kürəşəkilli formalı meyvələr açıq –narıncı rəngdən, tünd qırmızı rəngə qədər dəyişir. Xurmanın tərkibində C vitamini, karotin, 25%-ə qədər qlükoza və fruktoza şəkərləri, 0,0497% yod, üzvi turşular, aşı maddələri, mineral maddələr, 15mq% Fe və s. aşkar edilmişdir
Şərq xurmasının yetişmiş meyvələri çox ləzzətli, şirin dada malikdir. Onlardan və qurudulmuş meyvələrindən qanazlığında, bəlğəmtəmizləyici kimi, C və A vitaminlərinin çatışmamazlığında, öskürəkdə, ishalda, yüksəkarterial təzyiq və ateroskleroz zamanı istifadə olunur.
Qafqaz xurması (adi xurma) Dios pyros lotus L.-meyvəsi xırda, dəyişkən formalı, göyümtül-qara rəngli, çoxtoxumlu meyvələrdən ibarətdir, tam yetişənə qədər güclü büzüşdürücü təsirə malikdir. Yapon xurmasında olduğu kimi Qafqaz xurmasının da yetişmiş meyvələri təzə şəkildə və ya qurudulduqdan sonra istifadə olunur.

immunitet.az

loading...

Məsləhət Görürük

qis

Orqanizmi qışa necə hazırlamalı

Orqanizmi qışa necə hazırlamalı. İsti yay fəsli öz yerini sərin və küləkli payıza verdikcə havalar …

Яндекс.Метрика

Designed by F.Aliyev