Tviks

tviks

TVİKS.
Tərkibindəkilər:
*kərə yağı – 400qram
*un – 2 stəkan
*şəkər tozu – 0,5 stəkan
*qatılaşdırılmış süd – 2 banka
*südlü şokolad – 300 qram
Hazırlanması:
1. Kərə yağı kubik şəklində doğranır, (3 kubiki karamelə tökmək üçün kənara qoymaq lazımdır) üzərinə un, şəkər tozu, bir az duz qatılıb blenderdə qarışdırılır.
2. Alınan kutlə duxovkanın listinə yaxşıca yayılır və 180*-də 20 dəqiqəyə bişirilir.
3. Sonra karamel hazırlanır. Karameli hazırlamaq üçün 3 kubik yağın üzərinə 2 banka qatılaşdırılmış süd əlavə olunur və zəif odun üstündə karamel halına gələnə qədər bişirilir.
4. Karamel soyumağa qoyulur. 20 dəqiqəyə istənilən formaya duşür.
5. Duxovkada bişib soyumuş korju eyni ölçüdə 2 hissəyə bölünür.
6. Şokolad mikrodalğalı sobada və ya su hamamında əridilir. Korjun üstünə əvvəl karamel, sonra əridilmiş sokolad tökülüb, soyumağa qoyulur.
7. Ən sonda doğranır və ləzzətlə yeyilir.

immunitet.az

loading...

Məsləhət Görürük

1234

Şokoladlı likör

Şokoladlı likör. Lazım olanlar: * tünd şokolad – 200 qram * araq – 1,5 litr …

Яндекс.Метрика

Designed by F.Aliyev