TƏNGNƏFƏSLİK

00123

TƏNGNƏFƏSLİK.
Təngnəfəslik – kifayət qədər “hava ala bilməmək”, yaxud “çətinləşmiş tənəffüs” ifadələri əsasən dispnoe simptomunu xarəkterizə etmək üçün işlədilir. Dispnoenin səbəbləri ağciyər xəstəlikləri, qan damar pozğunluqları və ya hər ikisi ola bilər. Təngnəfəsliyin səbəbini, mexanizmini, diaqnostika və müalicə taktikasını təyin etməyə həkim tam diqqətlə yanaşmalıdır. Dispnoenin yanaşı əlaməti tənəffüsün mexaniki işinin artmasıdır ki, bu da hava yollarının rezistenliyinin artması (bronxial astma, bronxit, emfizema) və yaxud ağciyərlərin intersistal xəstəlikləri nəticəsində tənəffüs səthinin azalması hesabına əmələ gəlir.
Axacaqlarda ağciyərlərin dolması üçün cəhdin artması zamanı plevra boşluğunda yüksək mənfi təzyiqin əmələ gəlməsi tələb olunur. Tənəffüs yollarındakı artmış abstuksiya və ya ağciyərlərin dolmasının zəifləməsi zamanı ağciyərlərdə mexaniki işin artması tənəffüsün gücünü artırır və dispnoe simptomları törədir. Ventilyasiyanın oyadılması, xüsusən arterial qanda oksigenin təzyiqi 60mm. civə sütunundan az olduqda əmələ gələn hipoksiya ilə stimulyasiya, pnevmaniya və alveolitlərdə ağciyərlərin çətin dolması ilə bağlı ağciyər parenximasından gələn stimulyasiya ilə beyində tənəffüs mərkəzinin oyanması, həmçinin dispnoenin səbəbi ola bilər. Bu stimulyatorlar carbondioksidin təzyiqini aşağı salır və bu zaman hətta azacıq hərəkətdə dispnoe, yəni təngnəfəslik yaranır.
Ağciyər emboliyası olan xəstələrdə təngnəfəslik müşahidə olunur. Embollaşan ağciyər qaz mübadiləsi üçün qeyri-effektiv olan ölü sahənin artması ilə xarakterizə olunur. Əgər bu əlamətləri düzgün qiymətləndirmək mümkün olmursa, xəstədə qəfləti ölüm baş verir.
Sol mədəcikdə təzyiqin artması nəticəsində sol qulaqcıqda təzyiq artır və bu da sonralar ağciyər arteriyaları və venaları sistemində təzyiqi artırır, tənəffüs sahəsi azalır, təngnəfəslik əmələ gəlir.
Ürək xəstəliklərinin əhali arasında çox yaylıdığını nəzərə aldıqda təngənəfəsli xəstələrin içərisində onların çoxluq təşkil etdiyi məlum olur. Sol mədəcikdə təzyiqin artması nəticəsində sol qulaqcıqda təzyiq artır və bu da sonrada ağciyər venaları və arteriyaları sistemində təzyiqi artırır.
Təngnəfəsliyi olan adamlar əlamətlərin davamlı olduğunu hiss etdikləri zaman həkimə müraciət etməlidirlər.
Müayinə zamanı exokardioqrafiya dispnoeli xəstələrdə ürək kamera və qapaqlarında, ürək əzələsində olan dəyişikliklər aşkar edilir.
Müalicəsi həkimin göstərişlərinə əsasən aparılır.

immunitet.az

loading...

Məsləhət Görürük

astma

Bronxial astmanın pilləli müalicəsi

Bronxial astmanın pilləli müalicəsi. Bronxial astmanın müalicəsi pilləli yanaşmaya əsaslanır. Bu yanaşmanın məqsədi daha az …

Яндекс.Метрика

Designed by F.Aliyev