BAUNTİ

baunti

BAUNTİ.
Tərkibindəkilər:
-qaymaq (20% yağlılığı olan) – 200 ml
-kakos – 200 qram
-südlü sokalad – 300 qram
-şəkər tozu – 80 qram
-kərə yağı – 50 qram
Hazırlanması:
1. Zəif odun üstündə kərə yağı, şəkər tozu və qaymaq əridilib kənara qoyulur. Üzərinə kakos dənəcikləri əlavə olunaraq qarışdırılır. Alınan kütləyə forma verilib, soyuducunun dondurma şöbəsində 1 saat saxlanılır.
2. Sonra donmuş kütlə hissələrə ayrılır, yenidən donmağa qoyulur.
3. İndi bauntinin sokoladlı qazurunu hazırlayaq. Südlü sokolad qabın içərisinə dilimlənib tökülür, su hamamında əridilir. Qlazur yumşaq olsun deyə sokoladın üzərinə bir az bitki yağı əlavə olunur.
4. Daha sonra buzluqdan doğranmış batonları çıxarıb diş çöpü sancaraq qlazura batırılır, boşqaba düzülür.
5. Bauntilər hazırdır.  Zövqə görə onların üzərini ağ sokoladla bəzəmək olar. Bauntilər soyuducuda saxlanılır.

immunitet.az

loading...

Məsləhət Görürük

plov

Toyuqlu saray plovu

Toyuqlu saray plovu Lazım olanlar: * 1 stəkan düyü * 2 dilim toyuğun döş əti …

Яндекс.Метрика

Designed by F.Aliyev