Qaynar Məqalələr

QADIN SONSUZLUĞU

sons

QADIN SONSUZLUĞU

Kontrasaptiv vasitələrdən istifadə etmədən cinci həyat keçirib 12 ay müddətində qadının hamilə qalmaması sonsuzluq hesab olunur. Sonsuzluq yalnız tibbi problem deyil, o hən də sosial problemdir. Bu problemin rastgəlmə tezliyi 15% -dən çox olarsa ölkədə demoqrafik dəyişikliklər baş verər. Sonsuzluq problemin 35-40% -i qadınlarda, 30-35%-i kişilərdə olduğu zaman baş verir.
Qadın sonsuzluğunun əsas səbəbləri
– Endokrin sonsuzluq (35-40%)
– Boru-peritoneal amil (30-35%)
– Müxtəlif ginekoloji xəstəliklər (15-25%)
– Immunoloji səbəblər (2%)
– Psixogen amillər
Endokrin sonsuzluq ovulyasiya prosesinin pozulması ilə əlaqədardır, anovulyasiya, mentrual tsiklin lütein fazasının çatışmazlığı, ovulyasiya etməyən follikulun lüteinləşməsi sindromu.
Yumurtalıqların polikistoz sindromu reproduktiv yaşlı qadınlarda daha çox təsadüf olunan endokrin pozğunluqdur. Bu sindrom zamanı yumurtalığın həcmi böyüyür və qabığı qalınlaşır. Bu prosesin əsasında androgenlərin çoxluğu, insulinə rezistentlik, qonadotropinlərin patoloji dinamikası təşkil edir.
Anovulyar sonsuzluq reproduktiv sistemin istənilən səviyyəsinin zədələnməsi zamanı meydana gələ bilər. Daha çox təsadüf olunan səbəbləri bunlardır: hiperandrogeniya, hiperprolaktinemiya, hipoestrogeniya, maddələr mübadiləsinin pozulması, metabolik sindrom, İtsenko-Kuşing sindromu və xəstəliyi, hipo-hipertireoz.

Lütein fazanın çatışmazlığı nəticəsində embrionun implantasiyası pozulur və menstruasiyaya qədər hamiləliyin erkən itirilməsi baş verir.
Bu çatmazlıq hipotalamus-hipofiz-yumurtalıq sisteminin disfunksiyaları, travmalar, streslər, iltihabi proseslərin və peritoneal mayenin biokimyəvi dəyişikliklərinin təsiri nəticəsində baş verir.
Boru sonsuzluğuna aşağıdakılar aiddir:
– Uşaqlıq borularının cərrahi yolla çıxarılması
– Bitişmələr nəticəsində boru keçməzliyinin formalaşması
– Boruların funksional pozulmaları
Uşqlıq borularının keçməzliyinin ən çox təsadüf olunan səbəb infeksiyanın istənilən növü ilə xüsusən vərəm, cinsi yolla keçən infeksiyalar – süzənək, xlamidiyaların təsiri ilə yaranmış bitişmə prosesidir. Süni abortlar və doğuşlardan sonra qarışıq infeksiyalar tərəfindən törədilən endometritlər, salpingitlər, saktosalpingitlərin formalaşmasına və borunun geriyə dönməyən keçməzliyinə gətirib çıxarır.
Ginekoloji xəstəliklər zamanı sonsuzluq (uşaqlıqda arakəsmələr, snexiyalar, endometrioz, submukoz və interstisial miomatoz düyünlər, endometriumun polipləri) mayalanmış yumurta hüceyrəsinin implantasiyasının pozulması ilə əlaqədardır.
Çox vaxt sonsuzluğun səbəbi uşaqlıq amilləri olur:
Immun sonsuzluğunun səbəbi qadınlarda uşaqlıq boynunda, endometriumda, uşaqlıq borularında spermotozoidlərin faqositozuna gətirib çıxaran antispermal əks cisimlərin yaranmasıdır. Sonsuzluğun uşaqlıq boynu amilinə həm də anatomik dəyişikliklər, servisitlər, servikal seliyin kimyəvi tərkibinin pozulması da aiddir.
Psixogen amillər qadınların reproduktiv funksiyalarının pozulmalarının səbəbi olaraq daha az təsadüf olunur. Stress halları uşaqlıq borularının funksional keçməzliyinə gətirib çıxara bilər.
Diaqnoz qoyulanda qadının yaşına, menstrual funksiyanın xüsusiyyətinə, cinsiyyət üzvlərinin keçirdiyi xəstəliklərə, endokrin sistemin xəstəliklərinə, hormonların normada olub–olmamasına, uşaqlıq vaxtı keçirilmiş əməliyyatlara, kişinin sağlamlığına diqqət verilir.
Sonsuzluqdan qurtarmaq üçun həkimdən xəstəsinə diqqətlə yanaşmaq və inadkar olmaq, xəstədən isə səbir və dözüm tələb olunur.

immunitet.az

loading...

Məsləhət Görürük

abort2

Abort nədir?

Abort nədir? Abort uşaqlıq divarının selikli qişasından dölün xaric olunmasıdır. Abort hamiləliyin hər hansı bir …

Яндекс.Метрика

Designed by F.Aliyev