Pilorospazm

daxili

Pilorospazm

Nevrozdan əziyyət çəkən şəxslərdə mədə çıxacağının spastik yığılmasıdır.
Klinik şəkli: epiqastrumda intensiv ağrı, turş, mədə möhtəviyyatı ilə bol qusma, palpasiyada epiqastrumda ağrı, bəzən isə mədə çıxacağının spesifik yığılması hiss olunur. Mədənin rentgenoskopiyasında kontrastın mədədən evakuasiyası ləngiyir və mədə çıxacağının spesifik yığılmalarını görmək olur. Diaqnoz fibroqastroskopiya ilə təsdiqlənir.

Laborator və instrumental müayinələr:
1. Qanın, sidiyin, nəcisin ümumi analizi
2. Qanin biokimyəvi analizi
3. Mədənin secretor funksiyası (bəzən mədə hipersekresiyası və xlorid turşusunun miqdarının artması)
4. Qastroskopiya ( mədənin selikli qişası normada, bəzən selikli qişa büküşlərinin kəskin ifadəliliyi, damar şəklinin kəskinləşməsi, mədə tonusunun artması və bəzən azalması müayinə edilir)
5. Rentgenoloji muayinə (mədəninin motor funksiyasını müayinə eləmək üçün)
6. Mədənin selikli qişasının biopsiyası (adətən normada olur)
7. Mədənin USM( xüsusi metodla mədəninin evakuator funksiyasının pozulması aşkar edilir)
8. Elektroqastroqrafiya ( mədə tonusu və motorikasının pozulmasını yoxlamaq üçün)
Müalicə:
Birinci növbədə sinir-psixi factor və stress situasiyaları aradan qaldırılmalıdır. Psixoterapiya , bəzən də hipnoterapiya lazım gəlir. Pəhriz yüngül həzm olan qidalardan ibarət olmalıdır. Papiros və siqaret istifadəsi azaldılmalıdır. Antasidlər, H2-reseptoru blokatorları, H. piloryə qarşı müalicə aparılmalıdır. Prokinetiklərdən metoklopropamid (serukal, reqlan), domperidon (motilin) işlədilir. Təzə prokinetik olan siprazid və yaxşı təsir göstərir.

immunitet.az

loading...

Məsləhət Görürük

udma

Udma aktı və pozulmaları

Udma aktı və pozulmaları. Udma aktı mürəkkəb fizioloji proses olub 2 fazadan ibarətdir: – iradi …

Яндекс.Метрика

Designed by F.Aliyev