Qaynar Məqalələr

Xroniki qastrit

qastrt

Xroniki qastrit.

Xroniki qastrit, mədənin selikli qişasında bir sıra morfoloji dəyişikliklərin inkişafı ilə xarakterizə olunan uzunmüddətli gedişə malik xəstəlikdir.
Təsnifatı:
Müxtəlif kriteriyalara əsasən təsnif olunur:
Etioloji faktora görə:
Mikroblu
– Helicobacter pylori
Mikrobsuz
– Autoimmun
– Alkoqollu
– Prezeksiyadan sonrakı
– Qeyri steroid iltihabəleyhinə preparatların təsiri nəticəsində
– Kimyəvi agentlərin təsiri ilə şərtlənən
Tipinə görə:
– Qeyri-atrofik (tip B, səthi, antral diffuz, hipersekretor)
– Atrofik (tip A, mədə cismindən diffuz, B12 vitamin defisitli anemiya ilə assosiasiya edən)
Lokalizasiyasına görə:
– Antral qasrit
– Mədə cismi qastriti
– Panqastrit
Xroniki qeyri-atrofik (helikobakterli) qastrit xroniki qastritin ən çox rast gəlinən formasıdır.
Epidemiologiyası: Yoluxma fekal-oral və oral-oral yolla baş verir. İnkişaf etmiş ölkələrdə əhalinin 50%-dən çoxunda inkişaf edir ki, bu zaman yoluxma ən çox uşaq, yeniyetmə, həmçinin də cavan yaşlarda əmələ gəlir.
Helikobakter pylori-nin məskunlaşması, sonradan isə sonradan isə sahibinin orqanizmində inkişaf etməsinə imkan verən bir neçə faktorlar məlumdur.
– Çıxıntılar (bığcıqlar) Helikobakter pyloriyəmədə şirəşi və selik qatında hərəkət etməsinə imkan yaradır.
– Helikobakret pylori mədənin epitel hüceyrələrinin plazmolemmasına bitişməyə və bu hüceyrələrin sitoskletinin komponentlərini parçalamağa qabildir.
– Helikobakter pylori ureaza və katalaza ifraz edir.Ureaza mədə şirəsində olan sidik gövhərini parçalayır ki, bu zaman mikrobun əhatəsində Ph-2 artır və Helikobakter pylori-ni mədənin turş mühitini bakteriasid təsirdən qoruyur.
– Helikobakter pylori bəzi immun reyaksiyaları, xüsusən də faqositozu ləngitməyə qabildir.
Helikobakter pylorinin patogenliyi – Bir neçə mexanizm mövcuddur ki, bunların da köməyi ilə Helikobacter pylori xəstəliyinin inkişafı baş verir.
Xəstəliyin əlamətləri xəstəliyin əlamətlərindən, mədənin secretor funksiyasından, iltihabi prosesin yerləşdiyi yerdən asılıdır. Xəstəlik gənc yaşlarda başlayır, xəstələrin mədə nahiyyəsində ağrılar və dispeptik sindromlar olur. Ağrı intensiv  xarakter daşıyır, tutma şəklində olur. Bəzən ağrılar yeməkdən dərhal sonra baş verir, pəhriz pozulduqda əmələ gəlir.
MÜALİCƏSİ: Müalicəsi pəhrizdən, turşuluğu azaldan, həzmi normallaşdıran dərmanlardan ibarətdir.

immunitet.az

loading...

Məsləhət Görürük

m%c9%99d%c9%99

Mədədə köp və qaz əlamətləri

Mədədə köp və qaz əlamətləri. Mədədə köp və qazın olması sağlamlıq baxımından həyat üçün riskli …

Яндекс.Метрика

Designed by F.Aliyev