Qaynar Məqalələr

Uşaqlarda allergik diatezlər

usaqlar

Uşaqlarda allergik diatezlər.
Ümumı məlumat:
Diatez termini altında orqanizmin müxtəlif qıcıqlara və xəstəliklərə qarşı qeyri-adekvat reaksiyaları başa düşülür.
Allergik diatez uşaq yaşlarda cox rast gəlinir. Uşaq doğulandan sonra ana bətnindən xarici, aqressiv mühitə düşərək muxtəlif allergenlərə məruz qalır. Tədricən orqanizmdə muxtəlif qıcıqlara qarşı immun cavab formalaşır. İmmun sistem orqanizmi ömrü boyu müdafiə edir. Bu sistem uşaqlarda tam inikşaf etmədiyinə görə onlarda allergenlərə cavab reaksiyası olmur, buna görə ana südü yeyən uşaqda, əgər ana çiyələk və ya şirniyyat yedikdə səpgi əmələ gəlir.
Səbəbləri:
Yadda saxlamaq lazımdır ki, uşaqda həzm sistemi, qara ciyərin toksini neytrallaşdırmaq funksiyası inkişaf etmədiyinə görə orqanizmə daxil olan bəzi maddələr mənimsənilmir. Buna cavab olaraq antitellər əmələ gəlir. Antigen – antitel kompleksi yaranaraq səpgi şəklində təzahür edir.
Allergen orqanizmə 3 yolla daxil olur:
– qida və ya içki ilə – qida allergiyası
– dəriyə bilavasitə kontakt yolu ilə
– nəfəs aldıqda hava ilə – respirator allergiya
Simptomları:
Allergik dermatitdə dəridə qırmızı nöqtələr, ləkələr meydana çıxır, qaşınma, dərinin qabıqlanması, yaralar müşahidə olunur.
Ağırlaşmaları:
Dərinin infeksiyalaşması ola bilər.
Siz nə edə bilərsiniz:
Əmin olmalısınız ki, səpgilər allergik xassəlidir. Buna görə də pediatrı çagırmaq lazımdır. O da uşağı müayinə etməlidir.
Qida allergiyası varsa uzun müddət allergen mənşəli qidalardan uzaq durmaq məsləhətdir. Sud verən ana sitrus meyvələri, şokolad, çiyələk və s. yeməkdən imtina etməlidir. Uşağa əlavə qida verilərkən 1 qidadan artıq, həftədə 1 dəfədən cox olmayaraq verilməlidir. Əgər uşaq bu qidaya neqativ reaksiya göstərirsə bu qidadan imtina etmək lazımdır. Yeni yemək uşağa ¼ çay qaşığından başlayaraq az-az artırılmalıdır.
Kontakt allergiyası varsa yuyucu maddələrdən deyil, xüsusi uşaq tozlarından, uşaq sabunundan istifadə etmək lazımdır. Əgər ev tozlarina qarşı allergiya varsa evi çox təmiz saxlamalı, xalçalardan, ev heyvanları saxlamaqdan imtina etmək lazımdır.
Həkim nə edə bilər:
Diaqnoz təsdiq olunduqdan sonra adekvat müalicə təyin olunur. Buna görə uşaqlara antihistamin dərmanlar, ağır hallarda glükokortikoidlər təyin olunur. Allergenin mənşəyini müəyyən etmək üçün həkim allergik proba ( sınaq) qoyur. Bağırsaq disbakteriozuna görə analiz aparılır.
Profilaktikası:
Ana südü verən qadın düzgün qida rejiminə əməl etməlidir. Əlavə qida, uşağa düzgün təyin edilməli, disbakteriozu vaxtnda aşkar etmək lazımdır.

immunitet.az

loading...

Məsləhət Görürük

immuni

Uşaqların immun sistemini artıran 6 məsləhət

Uşaqların immun sistemini artıran 6 məsləhət. Uşaqların immun sistemini gücləndirən ilk qida ana südüdür. Dünyaya …

Яндекс.Метрика

Designed by F.Aliyev