Qaynar Məqalələr

Süd

sud

Süd – ona ömrün bütün çağlarında ehtiyac var.
Körpələrdə və kiçik yaşlı uşaqlarda süddən istifadə qaydası:
Ana südü – doğulduqdan sonra körpənin qəbul etdiyi ilk qidadır. İlk günlərdə ana südü ilə qidalanan körpələrə sonralar həm ana südü, həm də heyvan mənşəli südlər verilir.
Süd, ana südündən kəsilən uşaqların qidasının əsas hissəsi olmalıdır. İki yaşa qədər körpələrə tam yağlı süd verilməlidir, çünki onların süddəki yağın verəcəyi enerjiyə və A vitamininə böyük ehtiyacları var. İki yaşdan sonra qarışıq qidalara üstünlük verildiyi üçün uşaqların pəhrizinə yavaş–yavaş yarımyağlı süd daxil edilir.
Gənclərdə süddən istifadə qaydası:
Cinsi yetkinlik dövrünü yaşayan gənclərdə sümüklərin qidalanması və inkişafı üçün kalsiuma olan tələbat çox yüksəkdir. Gündə 500 ml süd və ya eyni miqdar pendir və qatıq yemək, gənclərin kalsiuma olan tələbatını ödəyə bilər.
Südün faydaları:
Böyümə və inkişafı təmin edir.
Orqanizmi sağlamlaşdırır, gücləndirir.
Sümüklərin kövrəkləşməsinin qarşısını alır.
Mikrob və infeksiyalara qarşı həssaslığı azaldır.
Qəbizliyi, həzm pozğunluğunu aradan qaldırır.
Sinir sisteminin fəaliyyətini normallaşdırır.
Beyini enerji ilə təmin edir.
Diş çürüməsinin qarşısını alır.
Xroniki bronxitin sağalmasını sürətləndirir.
Qan təzyiqini aşağı salır.
Yağsız süd qanda xolesterini azaldır.
Xərçəngin qarşısını almağa kömək edir.
Saç və dırnaqların möhkəmlənməsində böyük rol oynayır.
Qocalmanı ləngidir.
Orqanizmdə ödemə səbəb olan mayelərin toplanmasının qarşısını alır.
Dərini nəmləndirərək onu zədələnmədən qoruyur.

immunitet.az

loading...

Məsləhət Görürük

kokteyl2

7 gün və 7 növ kokteyllə sağlam şəkildə arıqlama

7 gün və 7 növ kokteyllə sağlam şəkildə arıqlama. 7 gün ərzində sağlam şəkildə arıqlamaq …

Яндекс.Метрика

Designed by F.Aliyev