İnsult

insult

İnsult
Böyük adamlarda beynin işləməsinin pozulmasına səbəb olur
Ümumi məlumat:
İnsult zamanı beynin müəyyən hissəsində qan dövranı azalır və ya dayanır. 2 tipi ayırd edilir – İşemik insult zamanı tromb beyində kapilyar və ya arteriyanı tutur, 80% insult işemik insult olur. İkinci tip -hemorragikdir. Bu zaman beyində damar partlayır, beynə qansızma olur. Hər iki halda beyin hüceyrələrinin zədələnməsi nəticəsində beyinə lazım olan qida maddələri, oksigen daxil olmur.
Səbəbləri:
Beyin arteriyasının tutulması aşağıdakı səbəblərdən ola bilər:
– emboliya ( tromb əmələ gəldiyi yerdən qoparaq, beyin qan dövranı və arteryasına daxil olur)
– tromboz (ateroskleroz nəticəsində beyin damarlarında trombun əmələ gəlməsi)
Beyin arteriyasının prtlamasına və qansızmaya səbəb:
– arterial hipertenziya
– anadangəlmə arteriya divarını zəifliyi, məs.anevrizma
– ağır travmalar (məs. başa dəyən bərk zərbə, nəqliyyat qəzəsı nəticəsində)
Simptomları:
Aşağıdakı simptomlar olduqda təcili yardım çağırmaq lazımdır:
– qəflətən zəiflik, üz, əl, ayaqlarda əzələlərin birtərəfli iflici
– görmənin bir və ya iki tərəfli pozulması
– müvazınətin qəflətən pozulması, başgicəllənmə
– səbəbsiz kəskin baş ağrısı
Ağırlaşmaları:
İnsult uzun müddət ifliclər, parezlər, intellektin, yaddaşın pozulmasına gətirib çıxara bilər. Ağır insult ölümlə nəticələnə bilər.
Siz nə edə bilərsiniz:
Əgər başın travmasından sonra xəstədə zəiflik və qusma müşahidə olunursa mütləq təcili yardıma müraciət edin.
Həkim nə edə bilər:
Şübhə olduqda xəstə stasionara yerləşdirilir, müyinə və müalicə olunur. Diaqnostikada kompüter tomoqrafiya və maqnit –rezonans tomoqrafiyadan istifadə olunur.
Müalicəsi:
Müalicədə lazım gələrsə trombu xaric etmək, qanaxmanı saxlamaq məqsədilə cərrahi müdaxiləyə müraciət olunmalıdır.
İnsultdan sonra reabilitasiya tədbirləri aparılır. Bundan ötrü fiziki məşğələlər, əməkterapiyası, loqopediya aparılır.

immunitet.az

loading...

Məsləhət Görürük

1234

Üzün proqressiv hemiatrofiyası

Üzün proqressiv hemiatrofiyası Bu üzün yarısının bütün toxumalarının tədrici atrofiyasıdır. Xəstəliyin əmələ gəlməsinin əsil səbəbi …

Яндекс.Метрика

Designed by F.Aliyev