Qaynar Məqalələr

BAKTERİAL VAGİNOZ

bakte

BAKTERİAL VAGİNOZ.
Bakterial vaginoz uşaqlıq yolu mikroflorasının kəskin disbalansı nəticəsində yaranan xəstəlikdir. Bu xəstəlik uşaqlıq yolunun normal mikroflorasının anaerob mikroorqanizmlərlə yoluxması ilə xarakterizə olunur. Xəstəliyə qadınların 50-70%-də rast gəlinir.
Bakterial vaginozun əmələ gəlməsində orqanizmdə baş verən immunoloji, hormonal və qeyri rasional antibiotik terapiyasının mühüm rolu vardır. Müəyyən olunmuşdur ki, normal uşaqlıq yolu qrammənfi, qrammüsbət, fakultativ aerob və anaerob mikrofloraya malikdir.
KLİNİKASI: Xəstəlik aşağıdakı klinik əlamətlərə malikdir:
*cinsiyyət yolundan çoxlu miqdarda ağ-boz rəngli ifrazatın gəlməsi,
*ifrazatın xoşagəlməz balıq iyinə malik olması,
*uşaqlıq yolu dəhlizində, uşaqlıq yolunda qaşınma, yanma
Son illər bakterial vaginozun əmələ gəlməsində sidik ifrazatı sisteminin residivləşən iltihabi xəstəlikləri, kiçik çanaq üzvlərində aparılan əməliyyatlardan sonra baş verən ağırlaşmaların da rolu olduğu qeyd olunur.
DİAQNOZU: Xəstəliyə diaqnoz qoymaq üçün vaginanın diaqnostik kriterilərinin nəticəsinə baxılır. Uşaqlıq yolundan götürülmüş yaxmanın nəticələri, pH-ın miqdarı, amin testinin nəticəsi diaqnozun qoyulmasında əhəmiyyətli yer tutur.
MÜALİCƏSİ: Xəstəliyin müalicəsi uşaqlıq yolunun normal biosenozunun bərpası, desensibilizə edici və immunutet artırıcı müalicədən ibarətdir. Xəstəyə vitaminlər, antibiotiklərtəyin edilir, uşaqlıq yolu yuyulur.

immunitet.az

loading...

Məsləhət Görürük

abort2

Abort nədir?

Abort nədir? Abort uşaqlıq divarının selikli qişasından dölün xaric olunmasıdır. Abort hamiləliyin hər hansı bir …

Яндекс.Метрика

Designed by F.Aliyev