Yalançı vərəm

teze

Yalançı vərəm.
Yalançı vərəm – intoksikasiya, bağırsağın zədələnməsi, polimorf səpgi, artralgiya və hepatolienal sindromla xarakterizə olunan residivlərə meyilli kəskən infeksion xəstəlikdir. Xəstəliyi heyvanların daxili orqanlarında vərəm çöplərinə oxşar bakeriyalar törədir. Ağciyər vərəmindən fərqli olaraq orqanlarda kirəcləşmə əmələ gətirmədiyinə görə xəstəlik yalançı vərəm adlanır.
Xəstəliyin törədiciləri qrammənfi, çöpşəkilli, spor əmələ gətirməyən bakteriyalardır. Bakteriyalar günəş şüaları altında tələf olurlar, qurumaya davamsızdırlar, lakin, insan və heyvan orqanizmindən kənarda uzun müddət yaşaya bilirlər.
Yalançı vərəm xəstəliyi ev və çöl siçanları, boz və qara siçovullar və quşlar arasında yayılmış xəstəlikdir. Xəstə heyvanların sidiyi və nəcisi torpağı, meyvə və tərəvəzləri çirkləndirir. Yoluxmuş meyvə və tərəvəzlər 4-6*S tempratur şəraitində uzun müddət qala bildiyinə görə yaşayır və sürətlə çoxalırlar. Xüsusilə tərəvəz anbarları xəstəliyin artması üçün əlverişli mühit sayılır. Belə meyvə-tərəvəzlər kifayət qədər yuylmadıqda,  çiy şəkildə, yaxud yaxşı bişməmiş istifadə edildikdə alimentar yolla yoluxur. Xəstəlik xəstə heyvana qulluq edərkən də yoluxa bilıir. Bakteriya insan orqanizminə düşdükdən sonra bağırsaq divarının limfa damarlarına daxil olur və limfangit törədir. Sonra mikroblar limfa düyünlərini zədələyir, yəni lmfadenit baş verir. Daha sonra mikrob qana keçərək ümumi intoksikasiya, allergiya əlamətləri ilə özünü göstərir. Nəticədə qara ciyər, ağ ciyərlər, dalaq, oynaqlar zədələnir kapilyarların keçiriciliyi artır. Mikrobun daxili orqanlarda çökməsi ikincili ocaqlar əmələ gətirir.
Xəstəliyin klinikasında təsadüf olunnan allergik dəyişikliklər endo və ekzotoksinlərin təsiri və mirkobun bir sıra başqa bioloji xüsusuyyətləri ilə əlaqədardır.
KLİNİKASI: İnkubasiya dövrü 2-15 gün çəkir. İlk günlərdə xəstələrdə üşütmə,baş ağrısı, ümumi zəiflik, subfebril qızdırma olur. Xəstələrin əzələlərində oynaqlarında sümüklərində ağrı olur. Kəskin dövrdə qızdırma artır 39dərəcəyə çatır, davamlı və dalğavari xarakter alır. Xəstəliyin əsas əlaməti səpgilərdir. Səpgilər xəstəliyin 1-4 –cü günləri əmələ gəlir. Döşün yan tərəflərində, qarının aşağı hissəsində, ətrafların distal hissəsində boyun və çiyinlərdə, qolun altında papuloz, düyünlü eritemaya oxşayan səpgilər olur.
Yalançı vərəm xəstəliyində mədə-bağırsaq simptomları da özünü göstərir, qusma, ishal, qarında sancılar baş verir. Xəstələrdə baş ağrısı, yuxululuq əlamətləri olur.
DİAQNOZU:  Xəstəliyin kliniki əlamətlərinə, laborator müayinələrə əsaslanaraq qoyulur. Xəstənin qanının, sidiyinin, nəcsinin əkilməsindən alınan nəticələr diaqnozun təstiqlənməsində həkimə yardımçı olur.
MÜALİCƏSİ: Müalicəsində anti bacterial üsullardan, dezintoksikasiyaedicilərdən, sepsis əleyhinə dərmanlardan, vitaminlərdən istifadə olunur.

immunitet.az

loading...

Məsləhət Görürük

salmo

Salmonella xəstəlikləri

Salmonella xəstəlikləri Tibbə salmonellaların bir çox növü məlumdur. Onlar bağırsaq infeksiyalarından tutmuş, tif xəstəliyinə qədər …

Яндекс.Метрика

Designed by F.Aliyev