Qaynar Məqalələr

Pnevmosistoz

agciyer

Pnevmosistoz.

Pnevmosistoz ağciyərlərin zədələnməsini, bəzən yorğunluq və arıqlama verən göbələk xəstəliyidir.
Etiologiyası – pnevmosistozu Pneumocystis carinii törədir.
Epidemiologiyası:
Pneumocystis carinii xarici mühitdə geniş yayılıb uşaqlıq vaxtından ağciyərlərə düşür. O ancaq anadangəlmə immundefisitli bir yaşa qədər uşaqlarda, KSH müalicəsi alan, bədxassəli şiş xəstəlikləri və İİV- infeksiyası olanlarda, limfositar 1 mm3 qanda 200-dən aşağı düşdükdə xəstələnmə baş verir.
Patogenezi və patoloji anatomoyası. Pneumocystis carinii hüceyrə daxilinə keçə bilmir, ağ ciyərlərə qarşı yüksək tropizmə malik olduğundan bütün yaşayış dövrünü alveollarda başa çatdırır. Bununla o alveollarda mononuklear, interstisial toxumada plazmatik hücerə infiltirasiyası əmələ gətirir. Nəticədə alveolların divari xeyli qalınlaşır, alveolyar-kapilyar blok, tənəffüs çatışmazlığı əmələ gətirir.
Klinikası:
Pnevmosistozun əsas təzahürü pnevmoniya, qızdırma, davamlı öskürək, tənginəfəslik, tənəffüsün çətinləşməsidir. Xəstələr yorğun olurlar, tədricən arıqlayırlar. Bədən temperaturu tez-tez artıb-azalır. Öskürək əvvəl quru olur, sonralar köpüklü bəlğəmlə olur, sianoz, döş qəfəsinin genişlənməsi, tənəffüsün çətinləşməsi baş verir. Qanda az miqdar leykositoz, eozinofiliya, EÇS-in artması xarakterikdir.
Diaqnoz – ağ ciyər sekretindən Pneumocystis carinii sistlərinin və ya trofozoidlərinin tapılması ilə mümkün olur.
Müalicəsi:
Pnevmosist pnevmoniyasının müalicəsində pentamidin, tripetoprim və sulfometaksazol yaxud primetamin sulfanilamidlə birlikdə təyin edilir. Ağırlıq dərəcəsindən asılı olaraq müalicə 10-12 gün davam etdirilir.
Profilaktikası:
Immunçatışmazlıq vəziyyətində antibiotikterapiyasız kandidoz inkişaf edərsə pnevmosist pnevmoniyasının profilaktikası üçün pentamidin aerozolu təyin edilməlidir. Bəzən bu preparatın dapsonla, sulfometaksazolla birgə qəbulu məsləhət görülür.

immunitet.az

 

loading...

Məsləhət Görürük

astma

Bronxial astmanın pilləli müalicəsi

Bronxial astmanın pilləli müalicəsi. Bronxial astmanın müalicəsi pilləli yanaşmaya əsaslanır. Bu yanaşmanın məqsədi daha az …

Яндекс.Метрика

Designed by F.Aliyev