Qaynar Məqalələr

BRONXİAL ASTMA

astma

BRONXİAL ASTMA.
Bronxial astma – tənəffüs yollarının bronx keçiriciliyinin müxtəlif dərəcədə və müddətli pozğunluğundan əmələ gələn öskürək, bronx hiperaktivliyi və boğulma tutmaları ilə müşayət olunan xroniki iltuhabi xəstəliyidir.
Dünyada bronxial astmanın yayılma sıxlığı 4-10%-dir. Uşaqlar arasında yayılma daha çox təsadüf olunur.
Bronxial astmanın çoxsaylı təsnifatı vardır:
– etiologiyasına görə
– gedişin ağırlığına görə
– xəstəliyin təzahür formasına görə
Ən vacib bronxial astmanın allergik və qeyri-allergik formalara bölünməsidir, belə ki, allergik bronxial astmanın müalicəsində qeyri-allergik formada işlədilməyən spesifik metodlar effektlidir.
Xəstəlik ağırlıq dərəcəsinə görə 4 pilləyə bölünür.
Risk faktorları :
– İrsiyyət və allergenlə təmas ən əhəmiyyətli risk faktorlarıdır.
Patogenez:
– Patogenezin əsasında xroniki iltihab prosesi durur.
Patomorfologiya:
Bronxlarda iltihab, selik tıxacları, selikli qişanın ödemi, saya əzələlərin hiperplaziyası, bazal membranın qalınlaşması və onun dezorqanizasiya əlamətləri aşkar edilir. Tutma dövrü göstərilən patomarfoloji dəyişikliklərin ifadəliliyi həddindən artıq yüksəlir.
Klinikası:
Bronxial astma son dərəcə qeyri-stabil klinik təzahürlərlə xarkterizə olunur. Ən xarakter simptomlar -nəfəsvermə zamanı tənginəfəslik və ya öskürəyin epizodik tutmaları, uzaqdan eşidilən fitverici xırıltıların meydana gəlməsi, döş qəfəsində ağırlıq hissidir. Prosesə ağciyərlərin emfizeması qoşulduqda ağciyərlər üzərində qutu səsi eşidilir.
Laborator müayinələr :
Qan analizi üçün eozinofiliya xarakterikdir. Kəskinləşmə dövründə leykositoz və EÇS-in artması aşkar edilir ki, bunların da ifadəliliyi xəstəliyin ağırlığından asılıdır.
Bəlğəmin mikroskopik müayinəsində çoxlu miqdar eozinofillər, epitellər, Kruşman spiralları tağılır.
Rentgenoloji müayinə:
Döş qəfəsinin rentgenoloji müayinəsinin ilk növbədə tənəffüs orqanlarının digər xəstəıiklərini istisna etmək üçün aparırlar.
Müalicə:
Patogenezindən asılı olaraq müalicəsində bronxgenişləndirici vasitələrdən və iltihabəleyhinə astmaya qarşı preparatlardan istifadə edilir.

immunitet.az

loading...

Məsləhət Görürük

astma

Bronxial astmanın pilləli müalicəsi

Bronxial astmanın pilləli müalicəsi. Bronxial astmanın müalicəsi pilləli yanaşmaya əsaslanır. Bu yanaşmanın məqsədi daha az …

Яндекс.Метрика

Designed by F.Aliyev