Qaynar Məqalələr

Boyun ostexondrozuna qarşı 8 fiziki hərəkət

boyun o

Boyun ostexondrozuna qarşı 8 fiziki hərəkət.
Boyun osteoxondrozunun ilk əlamətləri – kürəkdə ağrı, baş ağrısı, baş gicəllənmə, gözlərdə qarışqa hissiyatı, eşitmənin zəifləməsi, yeriş zamanı müvazinətin pozulması nəticəsində silkələnmə.
Bunların olmaması üçün aşağıdakı 8 fiziki hərəkəti təqdim edirik:
1. Çənəni aşağı boyuna tərəf salın, başı əvvəlcə 5 dəfə sağa, sonra işə 5 dəfə sola çevirin.
2. Çənəni bir az qaldırın, başı əvvəlcə 5 dəfə sağa, sonra isə sola 5 dəfə çevirin.
3. Başı sağa əyin, çalışın qulaq çiyinə yaxınlaşsın 5 dəfə sağa, sonra isə eyni hərəkəti sol tərəfə edin.
4. Başı düz tutun, çənəni vidaci çuxura tərəf sıxın. Bu zaman başın təpəsi yuxarıya doğru dartılır.
5. Alını ovuca basın və boyun əzələlərini gərginləşdirin. Hərəkəti 3 dəfə 7 saniyə təkrar edin.
6. Boyun əzələlərini gərginləşdirin, sol gicgahı sol ovuca basın, sağ gicgahı sağ ovuca basın. Hər hərəkəti 3 dəfə 7 saniyə təkrar edin.
7. Çənəni düz tutun, əlləri başın arxasına keçirin, baş ilə əllərə təzyiq edin, bu hərəkəti 3 dəfə 7 saniyə təkrar edin.
8. Əlləri barmaqlarada birləşdirin, çənənın altına gətirin, çənəni əllərə sıxın, bu hərəkəti də 3 dəfə 7 saniyə təkrar edin.

immunitet.az

loading...

Məsləhət Görürük

qis

Orqanizmi qışa necə hazırlamalı

Orqanizmi qışa necə hazırlamalı. İsti yay fəsli öz yerini sərin və küləkli payıza verdikcə havalar …

Яндекс.Метрика

Designed by F.Aliyev