Qaynar Məqalələr

Kanarsayağı toyuq

metbex

Kanarsayağı toyuq
Kanar adalarında toyuğu belə hazırlayırlar. 4 nəfərlik xörək üçün lazım olan ərzaqlar:
Toyuq – 1 ədəd( 1,5 kq-lıq)
Pomidor – 500 qr
Yaşıl və qırmızı şirin bibər – 2 ədəd
Təzə ağ göbölək – 100 qr
Hisə verilmiş pendir – 125 qr
Sarımsaq – 1 diş
Zeytun yağı – 6 xörək qaşığı
Qırmızı acı bibər – 1\2 ədəd
Ağ şərab – 125 qr
Şəkər tozu – bir çimdik
Duz ( zövqə görə)
Doğranmış cəfəri – 2 xörək qaşığı
Hazırlanma qaydası:
Yuyulmuş və qurudulmuş toyuq 8 hissəyə bölünür. Pomidorlar pörtlədildikdən sonra qabıqdan təmizlənir, daha sonra xırda doğranılır. Göbələk və pendiri nazik dilimlərə ayırırlar. Sürtgəcdən keçirilmiş sarımsaq və toyuq yağda qızıl rəng alana qədər qızardılır. Hazırlanmış tərəvəzləri, göbələkləri və pendiri əlavə edib 200 dərəcə C-də qızdırılmış sobada azca bişirilir. Daha sonra şərab tökülür, duz, acı bibər, şəkər tozu və cəfəri əlavə edildikdən sonra qapağını bağlayaraq 30 dəqiqə bişirilir. Qapağı açılır və daha 10 dəqiqə bişirilir. Toyuq isti tərəvəzlərin üstünə qoyulur, üzərinə xörəyn suyu tökülür. Xörəyin yanına qarnir olaraq düyü verilir.

immunitet.az

loading...

Məsləhət Görürük

makarna

Sobada toyuqlu makaron

  Sobada toyuqlu makaron. Lazım olanlar: * 3 ədəd toyuq budu * 500 qram makaron …

Яндекс.Метрика

Designed by F.Aliyev