Qaynar Məqalələr

Kökəlmək istəyənlərin menyusuna

kokelmek

Kökəlmək istəyənlərin menyusu.
Ortası ortasından keçən, hörümçəkdən can istəyən adamın sağlamlıq durumu lap uzaqdan-uzağa şübhə doğurur. Kökəlmək təkcə insanın baz-burutlu, yaraşıqlı görünüşü üçün deyil, bəzən onun sağlamlığı üçün vacib əhəmiyyət kəsb edir. Əksər hallarda artıq kilolara nail olmaq üçün müəyyən pəhrizə riayət etmək lazımdır.
Təxmini pəhriz rasionu:
I səhər yeməyi:
1 stəkan meyvə şirəsi, axşamdan süddə və ya qaymaqda isladılmış yulaf sıyığı, üzərinə yağ çəkilmiş bir dilim çörək, kolbasa.
II səhər yeməyi:
İri dilim yağ çörək, 50 qr şokolad və 1 stəkan qatıq.
Nahar: 1 boşqab qatı sup və ya yağlı bulyon, yağlı mal və ya qoyum əti, qarnir olaraq isə makaron, kartof və düyü. Xama və ya mayonez qatılmış salat, desertə isə bişmiş və ya qaymaqlı krem əlavə olunmuş meyvə salatı və ya dondurma.
Qəhvə içməyə adət edənlər onu qaymaqla, ən yaxşısı isə südlə içsələr daha məsləhətdir.
Yeməkarası: 2 fincan kakao vəya isti şokolad, 1 dilim tort və ya pirojna. Acı yeməklərə maraq göstərirsinizsə, mal və quş ətinə mayonez, ədviyyatlar əlavə edilmiş salat, 1 dilim yağ çörək yeyin.
Şam: 2 yumurtanın qayğanağı, böyuk porsiyalı ispanaqlı kartof qızartması, yağ-çörək, qırmızı turp, yarım litr süd. Yaxud üzərinə sürtgəcdən keçirilmiş pendir və ət əlavə edilmiş salat və ya 200 qr qızardılmış balıq, böyük porsiya kartof salatı, yarım litr süddən hazırlanmış kremli meyvə salatı.
Yuxudan əvvəl:2 stəkan ballı süd və ya alma.

immunitet.az

 

loading...

Məsləhət Görürük

qis

Orqanizmi qışa necə hazırlamalı

Orqanizmi qışa necə hazırlamalı. İsti yay fəsli öz yerini sərin və küləkli payıza verdikcə havalar …

Яндекс.Метрика

Designed by F.Aliyev