Qaynar Məqalələr

Kriptokokkoz

sepgi

KRİPTOKOKKOZ.
Kriptokokkoz – mərkəzi sinir sistemini, bəzən ağ ciyərləri, dərini və selikli qişaları zədələyən dərin mikozlara aid xəstəlikdir.
Xəstəliyi törədən göbələk mikrobları xarici mühitdə, müxtəlif ərzaq məhsullarında, atmosfer havasında olur. Kriptokokkozlar ilkin xəsarəti ağ ciyərlərdə və limfa vəzilərində əmələ gətirirlər. Xəstənin müqaviməti aşağı olarsa kriptokokkoz ilk növbədə meningit törədir. Xəstəliyin gedişi ağır olarsa 10-25% hallarda ölüm baş verir.
Xəstələrdə süst əlamətlər baş verir. Xəstələrdə gecə tərləməsi, sufebril qızdırma, öskürək, selıkli, bəzən qanlı  bəlğəm ifrazı ilə gedir. Az hallarda klassik bronxopnevmoniya inkişaf edir. Dəridə və selikli qişalarda dəyişikliklər məhdud və yayılmış olur. Dəridə akneyəbənzər, burunun selikli qişasında xoralı – nekrotik zədələnmər tapılır. Göbələk kriptokokkemiya – hepatit, pielonefrit, miokardit, peritonit, splenit və s. iltihabi xəstəliklər törədir.
DİOQNOZU: Kriptokokkları və onun antigenini qandan, sidikdən, yaxmadan, bioplatlardan tapmaq olur. Biokimyəvi və morfoloji müayinələrin nəticələri diaqnozun qoyulmasında böyük rol oynayır.

immunitet.az

loading...

Məsləhət Görürük

dodaq

Dodaq uçuğunda olan böyük təhlükə

Dodaq uçuğunda olan böyük təhlükə. Dodağınıza çıxan uçuqlamalar fikirləşdiyin qədər yüngül bir şey deyil. O …

Яндекс.Метрика

Designed by F.Aliyev