Qaynar Məqalələr

Dermatomiazit

immun

DERMATOMİAZİT.

Dermatomiazit – sklet, əzələlər və dərinin sistem iltihabi xəstəliyidir. Bəzən prosesə daxili orqanlar da cəlb olunur. Dəri zədələnməsi olmadıqda polimiozit, dəri zədələnməsi ilə müşayət olunursa dermatomiazit adlanır.
Xəstəliyin əsasında ətrafların proksimal əzələlərində proqressivləşən ağır nekrotik miozid durur. Xəstəlik proqressivləşdikcə, əzələ toxuması atrofiyaya uğrayır və fibroz toxuma ilə əvəz olunur. Anoloji proses ürək əzələsində də gedir. Parenximatoz orqanlarda distpofik dəyişikliklər baş verir. Patoloji prosesə əzələlərin, daxili orqanların və dərinin damarları da cəlb olunur.
Dermatomiazid nadir xəstəlikdir. Xəstəliyə bütün yaş qruplarında olan adamlar xəstələnə bilirlər. Qadınlar kişilərə nisbətən 2 dəfə çox xəstələnirlər.
ETİOLOGİYASI: Xəstəliyin 2 forması ayırd edilir.
– idiopatik
– şiş
Xəstəliyin gedişatını sürətləndirən amillər aşağıdakılardır:
1. İnsolyasiya
2. Soyuqlama
3. İnfeksiya
4. Hormonal dəyişikliklər
5. Emosional stress
6. Fiziki travmalar və cərrahi müdaxilələr
7. Vaksinasiyalar
8. Fizioterapevtik prosedurlar və s.
Dermatomiazidin əmələ gəlməsində irsi genetik meyilliyin də rolu böyükdür.
PATOGENEZ: Virus və genetik faktorların və ya şiş antigenlərinin təsirindən immun reyaksiya pozulur, orqanizmdə sklet əzələlərinə qarşı antitellər hasil olur. İmmun komplekslərininn pozulması əzələ və daxili orqanlarda immun iltihaba səbəb olur.
KLİNİKASI: Əsas əlamətlərə aiddir:
1. Əzələ (miozit, əzələ atrofiyası, kalsifikasiya)
2.Dəri (eritema, dərinin şişkinliyi, dermatit, övrə)
3.Oynaq( artralgiya)
4.Visseral (miokarditkardiosklerotik, pnevmonit, pnevmofibroz, mədə – bağırsaq qanaxmaları və s.)
DİAQNOZU: Diaqnozu obyektiv və subyektiv müayinələrə görə aparılır.
MÜALİCƏSİ: hormohal və simptomlara uyğun olaraq aparılır.

immunitet.az

loading...

Məsləhət Görürük

atipik-xal

Anadangəlmə atipik xallar

Anadangəlmə atipik xallar Anadangəlmə atipik xallar yeni doğulmuş körpənin dərisində iri ölçüdə tünd ləkənin olması …

Яндекс.Метрика

Designed by F.Aliyev