Qaynar Məqalələr

Böyrək polikistozu

boyrek

BÖYRƏK POLİKİSTOZU.
Böyrək polikistozu böyrək toxumasının çoxlu miqdarda müxtəlif ölçülərdə kistalarla əvəz olunması ilə xarakterizə olunan xəstəlikdir. Bu xəstəlik böyrəyin ən ağır inkişaf anomaliyalarından sayılır. Böyrəyin polikistozu adətən hər iki böyrəkdə olur, irsi xarakter daşıyır.
ETİOLOGİYASI VƏ PATOGENEZİ: Xəstəlik böyrəyin embrional inkişafının pozulması nəticəsində baş verir. Xəstəlik böyrəyin embrional inkişafı dövründə nefronun formalaşmasının pozulması nəticəsində, bəzi böyrək kanalcıqlarının düzgün birləşməməsi nəticəsində əmələ gəlir. Düzgün birləşməyən kanalcığın genişlənməsi kistalar əmələ gətirir, əgər kanalcıqlar bir -biri ilə heç birləşməmişsə onda daha böyük kista əmələ gəlir. Odur ki, böyrəklərdə xırda kistalarla yanaşı, iri kistalar da olur. Əgər kistalı böyrəklər vaxtı-vaxtında həkim müayinəsindən keçməzsə və ya böyrəklərdə xroniki pielonefrit baş verərsə böyrəkdə olan normal nefronlar da kistoz dəyişikliyə uğraya bilir. Böyrəklərdə normal nefronların sayı azaldıqca isə xroniki böyrək çatmazlığı inkişaf etməyə başlayır.
Xəstəliyin irsi xarakterli olduğuna görə xəstəlik tapılan şəxsin ailə üzvlərinin yoxlanılmasının da əhəmiyyəti vardır.
PATOLOGİYASI: Polikistozlu böyrəyin xarici görünüşü fərqli olur. Belə böyrəyin səthində müxtəlif ölçülü, daxili maye ilə dolu
kistalar görünür. Bu kistaların arasında normal nefronlar tədricən sıxılaraq birləşdirici toxuma ilə əvəz olunur. Kasacıq – ləyən sistemi kistalar tərəfindən sıxıldığı üçün onlar deformasiyaya uğrayır.
KLİNİKASI: Xəstəlik ümumi və yerli əlamətlərlə özünü gösrərir. İlk vaxtlar xəstəliyin heç bir əlamələri özünü biruzə vermir. Ümuimi əlamətlərdən yorğunluq, qan təzyiqinin artması, epiqastral nahiyədə ağrılar, bel nahiyəsində ağrı, yorğunluq olur. Sidiyin müayinəsi zamanı proteinuriya, hematuriya aşkar edilir.
AĞIRLAŞMALARI: böyrək polikistozu, pielonefrit, nefrolitilaz, fornikal qanaxma, böyrək vərəmi, şiş
DİAQNOZ: Diaqnozun qoyulmasında xəstələrdən toplanılan anamnezin, rentgenoloji, laborator müayinələrin, USM-nin, KT müayinəsinin böyük əhəmiyyəti vardır.
MÜALİCƏSİ: Müalicəsi 3 mərhələyə ayrılır: kompensasiya, subkompensasiya və dekompensasiya. Xəstələrdə böyrək çatmazlığı əlamətləri inkişaf etdikdə bu istiqamətdə müalicə tədbirləri aparılır.

immunitet.az

 

loading...

Məsləhət Görürük

pehriz

Pielonefrit və böyrəkdaşı zamanı pəhriz

Pielonefrit və böyrəkdaşı zamanı pəhriz Pielonefrit zamanı pəhriz təyin etdikdə sidiyin pH-ı nəzərə alınır. Çünki …

Яндекс.Метрика

Designed by F.Aliyev