Qaynar Məqalələr

Zökəm və onun müalicəsində xalq təbabəti üsulları

zokem

Zökəm və onun müalicəsində xalq təbəbəti üsulları.
Zökəm – burnun selikli gişasının kəskin və ya xroniki iltihabıdır. Onun törədicisi əsasən mikroblar və viruslardır. Zökəm asqırma, burnun tutulması, selikli qişanın quruması və qıcıqlanması əlamətləri ilə başlayır. Nadir hallarda hərarət yüksəlir, çox zaman baş ağrısı və ümumi halsızlıq olur. Əsas simptom – burundan ifrazatın axması və tənəffüsün çətinləşməsidir. Aşağıdakı xalq təbabəti üsulları məsləhət görülür:
– zökəmin başlanğıcında kalanxoe yarpağının şirəsi yaxşı kömək edir. Burnun selikli qişası gündə 2-3 dəfə təzə yarpagın şirəsi ilə silinir.
– baş soğanın şirəsi ilə isladıimış pambıq gündə 3 dəfə 10 dəqiqə hər iki burun dəliyinə qoyulur.
– 3 xörək qaşığı xırdalanmış soğanın üzərinə 50 ml ilıq su tökülür və yarım çay qaşığı bal əlavə edilir. 30 dəqiqə saxladıqdan sonra damcı ilə burun dəliklərinə tökülür.
– təzə yerkökü şirəsi bitki yağı ilə 1:1 nisbətində qarışdırılır, üzərinə bir neçə damcı sarımsaq şirəsi əlavə olunur. Gündə bir neçə dəfə damcı ilə buruna tökülür. Müalicə müddəti 3-5 gündür.
– qırmızı çuğundurun 100 ml təzə hazırlanmış şirəsinə 1 xörək qaşığı bal əlavə olunur və qarışdırılır. 3-5 gün ərzində gündə 5 dəfə hər burun dəliyinə 5 damcı damızdırılır.
– zökəm zamanı buruna gün ərzində 3 dəfə 5 damcıdan çaytikanı yağı, aloe şirəsi və ya itburnu yağı damcılatmaq olar.
– yatmazdan qabaq 1 xörək qaşığı çay sodası 3 litr qaynayan suda həll edildikdən sonra onun isti buxarı ilə nəfəs alınır. Hər 2-3 dəqiqədən bir, 1 çay qaşığı soda əlavə olunur.

immunitet.az

loading...

Məsləhət Görürük

004

Şüyüd və xəstəliklər

Şüyüd və xəstəliklər. Mədə və bağırsaq xəstəlikləri zamanı şüyüd ağrıkəsici, spazmolitik, qazçıxarıcı, həzmi yaxşılaşdıran və …

Яндекс.Метрика

Designed by F.Aliyev