Qaynar Məqalələr

Ölüm klinikası

olmek

ÖLÜM KLİNİKASI.
Isveçrənin Sürix şəhərində bir klinika var . “Diqnitas “klinikası . Klinika yer üzərindəki bütün xəstəxanalar kimi insanlara xidmət edir. Lakin bu klinikanı dünyadakı bütün klinikalardan fərqləndirən bir cəhət var.
Klinikada insanların sağalması və həyata qayıtması üçün deyil, onların ölümünü asanlaşdırmaq üçün çalışırlar. ”Diqnitas”klinikasına ölmək arzusunda olanlar gəlirlər. Buraya müraciət edənlər öz istəyi ilə ölümlərini tezləşdirmək istəyənlərdir. Klinikaya gələnlər pul ödəyərək arzularının həyata keçməsini tələb edirlər. Həftədə ən az 2 adamın həyatına son qoyan bu klinikaya yüzlərlə adam müraciət edir. Müraciət edənlərin çoxu adətən sağalmağa ümüdi olmayan xəstələrdir. Klinikaya müraciət edən adamların içərisində dünyaca məşhur adamlar, qocalar, hətta gənclər də var. Onları birləşdirən bir xüsusiyyət var ki, bu da onların ümidsiz bir xəstəliyə tutulmalarıdır. Müraciət edənlərin özləri bu prosesdən razı qalsalar da, dünyanın bir çox ölkələrində qanun bunu qəbul eləmir. İsveçrə dünyada yeganə ölkədir ki, qanunları ölmək istəyənlərin haqqını tələb edir. Kilinikaya ən çox Almaniya, Hollandiya, Fransa, İngiltərə və Amerikadan intihar eləmək üçün gəlirlər.
Burada ölmək 8-9 min ABŞ dollarına başa gəlir. Bu cür ölüm 1942- ci ildən bəri həyata keçirilir.
Klinikada sağalmaz dərdə düçar olanların, sağalma şansı olmayanların diaqnozları tam dəqiqləşdirildikdən sonra ölum gerçəkləşdirilir. Ölümün baş verməsi üçün xəstəni sonsuzadək yuxudan ayıltmayan dərmanlardan istifadə edilir.

immunitet.az

loading...

Məsləhət Görürük

caverme

Aqoniya nədir

Aqoniya nədir? Canvermənin əlamətləri Aqoniya terminal fasilə ilə kliniki ölüm arasında olan mərhələdir. Aqoniya canvermədir. …

Яндекс.Метрика

Designed by F.Aliyev