Stenokardiya.

urek

STENOKARDIYA.
Stenokardiya – miokardın oksigenə olan təlabatı ilə onun oksigenlə təhcizatı arasında tarazlığın pozulması nəticəsində əmələ gələn miokardın işemik xəstəliyidir. Xəstəlik döş qəfəsində ağrı və ya discomfortun əmələ gəlməsi ilə xarakterizə olunur.
Gərginlik stenokardiyası.
Həkimlər stenokardiyanın diaqnostikası üçün aşağıdakı əlamətləri əsas götürürlər:
1. Deşici, yandırıcı, göynədici ağrılar;

2. Döş sümüyünün arxasında və ürək nahiyyədə olan ağrılar;

3. Adətən sol qola, sol çiyinə, sol kürəkaltı nahiyəyə yayılan ağrılar;                                                                                            

4. 1-15 dəqiqə müddətində davam edən ağrılar;

5. Ağrı tutmalarının fiziki və emasional gərginliklə əlaqəli olması;

6. Ağrıların sakitlik və nitroqliserin qəbulundan sonra tam keçməsi;

Stenokardiya tutmaları zamanı ağrının başlanğıcdan onun maksimal səviyyəsinə qədərki müddət, maksimal səviyyədən ağrıların kəsilməsinə qədərki müddətdən çox olur. Emosional gərginlikdən sonra əmələ gələn ağrılar, fiziki gərginlik zamanı əmələ gələn ağrılardan gec kəsilir.
Xəstəliyin ilkin dövrlərində ağrının müddəti 1-5 dəqiqə davam edir, nitroqliserindən sonra keçir. İlk dəfə yaranmış stenokardiya 1-1,5 aydan sonra stabil stenokardiya formasına keçir.
Bir qrup xəstələrdə gərginlik stenokardiyası getdikcə güclənir. Belə halda tutmaların sayı getdikcə artır, daha intensif və təkrarlanan olur. Xəstəliyin ağırlıq dərəcəsini stenokardiya tutmalarının hansı vaxt baş verdiyinə əsasən təyin edirlər. Xəstənin 500 metr yol getdikdən sonra düşdüyü vəziyyət, pillənkən çıxarkən ürəkdə əmələ gələn vəziyyət onun hansı dərəcədə olması barədə diaqnoz qoymaqda həkimin işini asanlaşdırır.
DİAQNOZU: Həkim tərəfindən peşəkar sorğunun aparılması və anamnezin toplanması ən bahalı müayinə metodu aparılmadan diaqnozun qoyulmasına imkan yaradır. Xəstənin EKQ –si çəkilməli, sutkalıq EKQ monitoru qoyulmalıdır. Xəstəyə fiziki yük sınaqları tərtib olunur.
MÜALİCƏSİ: Aşağıdakı risk faktorlarına nəzarət edilməlidir:
– arterial təzyiq, şəkərli diabet;
– duz qəbulunun qəbulunun miqdarı,siqaret və dərman müalicəsi;
–  tərəvəz, meyvə, balıqlardan istifadə etməklə pəhriz;
– hormonəvəzedici müalicə;
– fiziki aktivlik;
– stress hallarına nəzarət;
Xəstə vaxtaşırı həkimə müraciət etməli, onun bütün tapşırıqlarını yerinə yetirməlidir ki, ağırlaşmalar baş verməsin.

immunitet.az

loading...

Məsləhət Görürük

soyuq-hava

Soyuq havanın ürəyə zərərləri

  Soyuq havanın ürəyə zərərləri. Mütəxəssislər soyuq havanın koronar damar xəstəliklərindən və yüksək təzyiqdən əziyyət …

Яндекс.Метрика

Designed by F.Aliyev