Qaynar Məqalələr

Piylənmə.

piyl

Piylənmə
Əmələ gəlmə səbəblərinə görə alimentar, endokrin, serebral piylənmə qeyd olunur.
1. Alimentar piylənmə – çox qidalandıqda baş verir
2. Endokrin piylənmə – hormonal disbalans nəticəsində baş verir.
3. Serebral piylənmə – baş beyin qabığının funksional və üzvü zədələnməsi nəticəsində baş verir.
Onun müasir farmakologiyada müəyyən dərman maddələrinin qəbulundan sonra yaranan forması da ayırd edilir.
Piylənmənin 3 dərəcəsi ayırd edilir:
I dərəcədə çəkinin normadan 10-29 % artıq olması,
II dərəcədə çəkinin normadan30-49% artıq olması,
III dərəcədə çəkinin normadan 50-99% artıq olması.
Piy toxumasının morfologiyasına görə hiperplastik və hipertrofik formaları ayırd edilir. 1-də piy toxumasının umumi həcmi, 2-də isə piy hügeyrələrinin artması qeyd olunur.
Simptomları:
Bu zaman ilk növbədə maddələr mübadiləsi pozulur. Bu zaman pasiyentin iştahası və çəkisi sürətlə artır. Daxili orqanların funksiyaları getdikcə pozulur. Sonra pasiyentin dərisi gərilir, nahamarlaşır. Xəstədə təngnəfəslik yaranır, ürəkdə problemlər yaranır, bağırsaqların peristaltikası pozulur, xroniki qəbizlik və hemorroy inkişaf edir, öddaşı xəstəliyi meydana çıxır, eləcə də böyrəklər, qara ciyər zədələnir.
Diaqnostika:
Bu zaman həkim- mütəxəssisə müraciət etmək lazımdır.
Müalicəsi:
Həkim-endokrinoloq iştaha əleyhinə, simptomatik dərmanlar, fiziki məşğələlər təyin edir.

immunitet.az

loading...

Məsləhət Görürük

hormonlar

Hormonlar haqqında məlumat

Hormonlar haqqında məlumat. Hormonlar daxili sekresiya vəzilərində sintez edilərək, qan vasitəsilə orqanizmin müxtəlif toxumalarına yayılan, …

Яндекс.Метрика

Designed by F.Aliyev