Qaynar Məqalələr

Diabetik Polinevropatiya.

diabet

DİABETİK POLİNEVROPATİYA

Bu xəstəlik şəkərli diabetdən əziyyət çəkən şəxslərdə inkişaf edir. Polinevropatiya şəkərli diabetin ilk təzahürü ola bilər və xəstəliyin başlanmasından uzun müddət sonra özünü göstərə bilər. Polinevropatiya şəkərli diabetli xəstələrin demək olar ki, əksəriyyətində təsadüf olunur.
PATOGENEZİ: Nevropatiyanın inkişafının daha əhəmiyyətli mexanizmini hiperqlikemiya nəticəsində işemiya və sinirdə metobolik pozulmalar təşkil edir.
KLİNİKASI: Polinevropatiyanın bir neçə klinik variantı ayırd edilir. Polinevropatiyanın erkən təzahürü çox vaxt vibrasiya hissiyatının və axill reflekslərinin zəifləməsi ola bilir. Bu təzahürlər illər boyu olur. Ayrı-ayrı sinirlərin, çox vaxt omba, oturaq, dirsək və ya orta sinir, göz, hərəki, üçlü sinirlərin kəskin və yarımkəskin zədələnmələri ilə təzahür edir. Bu zaman xəstələrdə ağrılar, hissiyat pozğunluqları, əzələlərin parezi qeyd olunur. Tez-tez innervasiya pozulur. Əgər proses inkişaf edərsə, ağrılar artır, dözülməz olur. Xəstənin dərisində qara rəngli sahələr, qanqrenalaşmış toxumanın varlığı müşahidə edilir.
Diabetik polinevropatiyanın gedişi inkişaf xarakterlidir. Xəstəlik bir müddət sonra daxılı orqanların funksiyasını pozur. Xəstələrdə zaman keçdikcə neyrogen sidik kisəsi, impotensiya inkişaf edir. Gözün hərəki sinirlərinin zədələnməsi ağır fəsadlardan olub çəpgözlülük, akkomodasiya və konvergensiyanın pozulmasına səbəb olur.
MÜALİCƏSİ: Şəkərli diabetin düzgün və səmərəli müalicəsi diabetik polinevropatiyanın qarşısını almaqda mühüm əhəmiyyət kəsb edir. Fiziki müalicə üsulları, massaj, müalicı-idman müsbət təsir göstərir. B qrup və C vitaminləri, antiaqreqantlar, angioprotektorlar və s. tətbiq edilir.

immunitet.az

loading...

Məsləhət Görürük

14063815_280619148977900_714207152020127804_n

Serotonin nədir?

Depressiya dərmanlarından və antidepressantlardan söz düşdükdə ilk növbədə ağıla gələn şey serotonin hormonu olur.Yəni serotoninin …

Яндекс.Метрика

Designed by F.Aliyev