Qaynar Məqalələr

Zəncəfilin dəriyə faydası

13010895_1144478075571449_971635630454356030_n

Zəncəfilin dəriyə faydası
Gözəl dəri üçün zəncəfil!
Çox insan zəncəfilin faydalı xassələrinə qiymət verir. O, antiseptik, antioksidant, sakitləşdirici xassələrə malikdir. O çox faydalı ədviyyat olduğu içkilərə, xörəklərə əlavə edilir.
Zəncəfil bütün tip dərilər üçun istifadə oluna bilər.
DİQQƏT! Zəncəfil dərini yandıra bilər, buna görə onu təmiz halda dəriyə çəkmək olmaz.
Yağlı dəri üçün maska:
1çay qaşığı xırdalanmış (sürtkəcdən keçirilmiş) zəncəfil,1 çay qaşığı çobanyastığı dəmləməsi və ya bir neçə damcı limon şirəsi, 1 xörək qaşığı ağ gil yağı.
Problemli dəri üçün maska: Bu maska dərini qurudur, bakteriyaları öldürür, dərinin qıcıqlanmasını aradan götürür.

1 çay qaşığı zəncəfil, 1 çay qaşığı tünd yaşıl çay.
Ağardıcı maska:  
Piqment ləkələrini ağardır, üzün rəngini hamarlaşdırır.

1 çay qaşığı zəncəfil, hər hansı sitruslu efir yağı, 1 çay qaşığı cəfəri dəmləməsi.
Tonuslandırıcı maska:  üzün rəngini yaxşılaşdırır, dərini dartır, təravətləndirir: 1 çay qaşığı zəncəfil, 1 çay qaşığı nar şirəsı.
Üzdəki ödemlərə (şişkinlik) qarşı effektiv maska:
1 çay qaşığı zəncəfil, 1çay qaşığı sürtkəcdən keçirilmiş alma və ya kartof.
Baş dərisi üçün maska: tüklərin çıxmasına kömək edir, saçı kəpəkdən təmizləyir, ona parlaqlıq verir.
Massay üçün krem: antisellülitli dərini dartır, portaqal dərini aradan qaldırır:

2 xörək qaşıgı zəncəfil, 1 xörək qaşığı portaqal şirəsi, 100qr zeytun yağı, 2 xörək qaşığı dəniz duzu və ya qəhvəyi şəkər.
Üz üçün maskalar 20 dəqiqə saxlanılır, saç üçün maska 40-50 dəqiqə başda müşəmbə altında saxlanılır.

immunitet.az

loading...

Məsləhət Görürük

http://sac-bakimyagi.blogspot.com/

Dəri, dırnaq, saç və arqan yağı.

Dəri, dırnaq, saç və arqan yağı. Arqan yağının tərkibindəki aktiv birləşmələr dərini ən yüksək dərəcədə …

Яндекс.Метрика

Designed by F.Aliyev