Qaynar Məqalələr

Sepsis

13006449_1144983392187584_933793217686030966_n
Sepsis qeyri spesifik infeksion xəstəlik olub üşütmə, yüksək qızdırma, tərləmə, anemiya və ikincili irinli ocaqlarla özünü göstərir. Hər il dünya əhalisinin 18 mln-a qədəri sepsislə xəstələnir və gündə 1400 adam bu xəstəlikdən ölür.
ETİOLOGİYASI:  Sepsisi dərinin, selikli qişaların, ətraf mühitin müxtəlif patogen mikrobları törədir.Çox vaxt etioloji amil irin törədici və anaerob bakteriyalar – stafilakokk, streptokokk, eşerixi, pnevmokokk, meninqokokk olur. Əksərən mikrob qana eksogen və ya endogen yolla düşür. Qana düşən bakteriyalar orqanizmin baryer funksiyasını pozur ,zəiflədir. Stafilokokklar sepsisin etiologiyasında üstünlük təşkil edirlər. Stafilokokklar həm tək, həm də başqa mikrobla müştərək halda qana düşüb sepsis əmələ gətirə bilir.
Sepsislərin əmələ gəlməsində streptokokkların da rolu var. Stpeptokokk mikrobu stafilokokkdan fərqli olaraq tək halda sepsis əmələ gətirmir. Mütləq başqa mikroblarla müştərək olur.
Xəstəlik mikrobun xaricdən orqanizmə düşməsi nəticəsində inkişaf edir. Mikrob dəri və selikli qişalardan qana keçir, həm də yerli irinli proses və ya sepsis ocağı yaradır.
KLİNİKASI:  Müxtəlif mikrobların törətdiyi sepsisin eyni kliniki əlamətləri olur. Sepsis mikrobun qana limfa vasitəsilə düşməsi nəticəsində baş verir.
Belə hesab olunur ki, sepsis orqanizmdə immunitetin yaranmaması və yaxud onun kifayət qədər inkişaf etməməsi zamanı baş verir. Xəstəliyin patogenezində böyrək fəaliyyətinin çatmazlığı bakterial toksinin, metobolik məhsulların eliminasiyasının çətinləşməsi, su-duz itkisinin artması böyük əhəmiyyətə malikdir. Sepsisli xəstələrin əksəriyyətində qlomerulonefrit, nefrit və irinli piolonefritə rast gəlinir.
KLİNİKASI:  Xəstələrdə qızdırma, üşütmə, dəridə hemorogik səpgilər və ya xırda irinciklər tapılır. Sepsisli xəstələrdə daima qızdırma olur, qızdırma bəzən yüksəlir. Xəstələrdə yuxu pozğunluqları, əsəbilik olur, davranışlarında və psixikalarında dəyişikliklər baş verir.
DİAQNOZU:  Kliniki əlamətlərinə görə, qanın, sidiyin analizlərinə əsasən qoyulur.
MÜALİCƏSİ:  İntoksikasiyanı aradan götürən preparatlardan, vitaminlərdən, müqavimət artıran dərmanlardan və əsasən sepsis əmələ gətirən mikroba qarşı antibiotiklərdən istifadə edilir.

immunitet.az

loading...

Məsləhət Görürük

dodaq

Dodaq uçuğunda olan böyük təhlükə

Dodaq uçuğunda olan böyük təhlükə. Dodağınıza çıxan uçuqlamalar fikirləşdiyin qədər yüngül bir şey deyil. O …

Яндекс.Метрика

Designed by F.Aliyev