Qaynar Məqalələr

Kəkələmə

kekeleme

Kəkələmə
Kəkələmə nitqin pozulmasıdır ki, bu zaman belə adam səsləri uzadır və ya bir neçə dəfə təkrar edir.
Səbəbləri:
Aıimlər kəkələmənin 3 əsas səbəbini qeyd edirlər:
Birinci səbəb – məlumdur ki, kəkələmə çox vaxt irsən keçir. Valideynlərin birində və ya yaxın qohumlarda kəkələmə varsa irsən keçə bilər. Kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir.
İkinci səbəb – sinir sisteminin irsi xüsusiyyətidir. Qırtlaq, dil, yumşaq damaq, dodaqların sinir tənzimi pozulur. Bu zaman nitq əzələlərinin hərəkətlərinin koordinasiyası pozulur.
Üçüncü səbəb – psixoloji problemlərdir. Belə adamlarda sayrışan qorxu hissləri olur. Onlar kütlə işərisində çıxış etməyə qorxurlar. Bu adamlar çox həyəcanlanır, utancaq olur, iradələri zəif olur.
Simptomları:
Kəkələmənin çox növləri olur. Çox vaxt belə adam səsi ya uzadır, ya da eyni hecanı bir neçə dəfə təkrar edirlər. Bu zaman onların sifətində qrimaslar, sinir tikləri yaranır. Kəkələmə ağr həyəcan, gərginliklə təzahür edir. Belə adam adətən, ictimai yerlərdə, naməlum adamlarla ünsiyyətdə kəkələyirlər. Belə uşaqlar lövhə arxasında dərs danışdıqda kəkələyirlər. Təklikdə, öz yaxınları ilə olduqda onlarda problemlər olmur. Stress vəziyyətlərdə kəkələmə artır.
Adətən 2-6 yaşda yaranır. Bu problem uşaq vaxtı aradan çıxırsa, yeniyetmə dövründə yenidən geri qayıda bilər.
Kəkələməni uşaq vaxtlarında müalicə etmək lazımdır. Çox vaxt uşaq böyüdükdə bu problem keçib gedir. Əgər kimdəsə qalırsa bu şəxslər öz nitqlərinə nəzarət etməyi öyrənirlər.
Həkim nə edə bilər:
Müxtəlif müalicə metodları vardır. Ancaq heç biri 100% zəmanət vermir. Əsas məsələ loqopedin müalicəsidir. Uşaq böyüdükcə kəkələmə itə bilər. Psixoloq və psixoterapevt məşqul olduqda insan psixoloji komplekslərdən azad olur. Fərdi,qrup şəklində, ailəvi psixoterapiya aparılır.

immunitet.az

loading...

Məsləhət Görürük

??????????????????????????????????????????????????????????????????????????????

Müxtəlif epilepsiya tutmalarının əmələ gətirdiyi patologiyalar

Müxtəlif epilepsiya tutmalarının əmələ gətirdiyi patologiyalar Epilepsiya tutmaları hərəki və şüuri patologiyalardan başqa aşağıdakılara səbəb …

Яндекс.Метрика

Designed by F.Aliyev