Genital herpes.

xestelikler

Genital herpes.
Genital herpe s- xarici cinsiyyət orqanları nahiyəsində ağrı ilə müşayiət olunur.
Ümümi məlumat:
Xəstəliyin mənbəyi qovuqlar şəklində səpgilərdir. Xəstəliyin diaqnozu qovuqlardan damcı götürülərək  24-48  saat müddətində xüsusi mühitə əkilməklə qoyulur.
Səbəbləri:
Genital herpes sadə herpes virusu (Herpes simplex) tərəfindən törədilir. Xəstəlik cinsi əlaqə yolu ilə yayılır. Virus üşağa doğuş zamanı keçə bilər. Nadir hallarda virus tualetdə, unitaz  vasitəsilə keçə bilər.
Simptomları:
Soyuqlama nəticəsində cinsiyyət dodaqlarında qovuqlar əmələ gəlir.
Ağırlaşmaları:
Herpes virusu yenidoğulan üçün təhlükəli ola bilər. Əgər qadın keçmişdə herpes keçirmişsə mütləq öz həkiminə xəbər verməlidir. Əgər hamiləlikdə xəstəliyin aktiv fazasıdırsa uşaq Kesar kəsiyi ilə götürülməlidir.
Siz nə edə bilərsiniz:
Bu zaman isti oturaq vannalar, duzlu məhlullarla kompresslər kömək edir. Aspirin və parasetamol qəbulu ağrını azaldır. Zədəli yer təmiz vəquru olmalıdır, həkim məsləhəti olmadan məlhəmlərdən istifadə etmək olmaz. Hamilə qadinlar həkimlə məsləhətləşməlidirlər. Əlinizi yoluxmuş yerə vurduqdan sonra yumaq lazımdır.
Həkim nə edə bilər:
Həkim dəqiq diaqnoz qoymaq və müvafiq müalicə təyin etməlidir. Ağır kəskinləşmə olduqda asiklovir, digər virus əleyhinə dərmanlar təyin olunur.

immunitet.az

loading...

Məsləhət Görürük

usaqliq

Uşaqlıq və uşaqlıq yolunun düşməsi

Uşaqlıq və uşaqlıq yolunun düşməsi. Bu patologiyanın əmələ gəlməsinə ön qarın divarının əzələlərinin quruluş və …

Яндекс.Метрика

Designed by F.Aliyev