Qaynar Məqalələr

Disbakterioz

13015673_1145028742183049_4086857229506111109_n

Disbakterioz – bağırsaq mikroorqanizmlərinin kəmiyyət və keyfiyyət dəyişiklikləri nəticəsində dispepsiya, bəzən ağır sepsis və septikopiemiya ilə özünü göstərən patoloji bir vəziyyətdir.
Ana bətnində uşağın mədə-bağırsaq traktı steril olur. Həyatının ilk saatlarından, doğuş yollarından, ətraf mühitdən, qida maddələri vasitəsilə yenidoğulmuşların bağırsaqlarına düşən bəzi aerob və anaerob mikroblar, müxtəlif kokklar, bağırsaq çöpləri və s. mədə-bağırsağın daimi sakinlərinə çevrilərək orqanozmin homeostazında vacıb funksiyalar yerinə yetirirlər. Nazik bağırsaqdan başlayaraq mədə – bağırsağın bütün mikrobioloji mənzərəsi getdikcə zənginləşir. Belə ki, nazik bağırsağın mikroflorası yoğun bağırsağın mikroflorasına nisbətən daha sadədir. Nazik bağırsaqda mikrobların tərkibi də fərqlidir. Yəni onikibarmaq bağırsaqda laktobakterilət, streptokokklar və başqa mikroblar, qalça bağırsaqda isə bağırsaq çöpləri və anaerob bakteriyalar toplanır.
Lakin mikrobların əsas fəaliyyət göstərdiyi yer yoğun bağırsaqdır. Yoğun bağırsaqda olan 400 növə qədər, əsasən də anaerob mikrobların ümumi kütləsi 1,5 kq təşkil edir.
Xəstənin qidalanmasından, həyat tərzindən, ətraf mühitin təsirlərindən asılı olaraq yoğun bağısqda az miqdar fermentləşməyə keçməyən qram mənfi çöplər, flavobakterilər də tapılır. Bağırsaqda olan mikroblar orqanizmdə zülalların, yağların, sulu karbohidratların, xolesterinin mübadiləsində böyük rol oynayırlar.
Bağırsaq mikroblarının mənzərəsində disbalans yarandıqda orqanizmdə aşağıdakı dəyişikliklər baş verir:
-mədə-bağırsaq pizğunluqları
-həzmin normal getməməsi
– allergik dəyişikliklər
– bağırsaq infeksiyası
Diaqnozun qoyulmasında nəcisin makroskopiyasının nəticələri əsas götürülür.
Müalicəsi xəstəliyin ağırlıq dərəcəsinə, mikrobların növünə uyğun olaraq aparılır.

immunitet.az

loading...

Məsləhət Görürük

agiz-nedir

Ağız suyu vəzilərinin funksiyası

Ağız suyu vəzilərinin funksiyası. Ağız suyu vəzilərinin 2 funksiyası vardır: – sekretor funksiya – inkretor …

Яндекс.Метрика

Designed by F.Aliyev