Qaynar Məqalələr

Bağırsaqdan kənar helmintozlar

13007308_1145007055518551_7084329185276801465_n

BAĞIRSQDAN KƏNAR HELMİNTOZLAR

Bəzi qurd növləri vardır ki, onlar insan orqanizmində bağırsaqdan kənarda yaşayırlar – öd kisəsində, qara ciyərdə, mədəaltı vəzdə və s. Bunların bir neçəsi barədə sizi məlumatlandırmaq istəyirəm.
Fassiolez
İnsan və heyvanların qurd xəstəliyi olub , ən çox öd yollarının zədələnməsi ilə meydana çıxan xəstəlikdir .Xəstəlik xroniki gedişə malik olur və öd yollarının zədələnməsi ilə təzahür edir.
ETİOLOGİYASI:  Xəstəliyi qaraciyər sorucusu Fasciola törədir. Sorucunun uzunluğu 20-16 x 5-12 mm, iri ölçülü yastı qurdlardır. Baş tərəfindəki tüklü xortumda ağız və qarın sorucuları yerləşir.
Zoonoz xəstəlikdir. Nəcislə birlikdə qurdun yumurtası suya və nəm torpağa düşür və orada yaşayırlar . Quruya davamsızdırlar, gölməçə suyu və yeməli otlar, göyərtilər vasitəsilə insana yoluxurlar. Öd yollarının iltihabi xəstəliklərini törədirlər.
Klonorxoz
Klonorxoz mədəaltı vəzdə və qara ciyərdə parazitlik edən qurdların törətdiyi xəstəlikdir. Xəstəlik ən çox Çində, Koreyada, Yaponiyada yayilmışdır.
ETİOLOGİYASI:  Törədicilər iri ağızlı yastı qurdlardan olub, uzunluğu 10-20, eni isə 2-4 sm-ə bərəbərdir. Xəstəliyə insanlar çiy balıqdan yoluxurlar. Qurd orqanizmə toksiki təsir göstərir, öd yolları və pankreas axacaqlarının polipozu və adenomatozunun əmələ gəlməsinə səbəb olur. Allergiya törədir.
PARAQONİMOZ – ağ ciyərləri, bəzən beyini və daxili orqanları zədələyən helmintozdur. Törədicisi Paraqonimosis vestermani (ağ ciyər sorucusu) yastı qurddur, uzunluğu 8-16 eni 4-8 mm-dir.
Parazitin əsas sahibi insan, it, pişikdir. Qurd bronxlarda da yerləşir. Bu qurd insan bədəninə çiy və ya yaxşı duzlanmamış dəniz məsullarından keçir. Parazit insanın ağ ciyərlərini zədələyir və ağ ciyər xəstəliklərinin əlamətləri ilə özünü göstərir. Xəstələrdə qızdırma, döşdə ağrı, öskürək, bəlğəm olur.
Diaqnozu bəlğəmdə, nəcisdə qurd yumurtalarının tapılması sayəsində təsdiq olunur.
MÜALİCƏSİ:  siptomatik, antribakterial, beyin zədələnmələri varsa cərrahi üsulla aparılır.

immunitet.az

loading...

Məsləhət Görürük

dodaq

Dodaq uçuğunda olan böyük təhlükə

Dodaq uçuğunda olan böyük təhlükə. Dodağınıza çıxan uçuqlamalar fikirləşdiyin qədər yüngül bir şey deyil. O …

Яндекс.Метрика

Designed by F.Aliyev