Qaynar Məqalələr

Nənələrimiz nə deyib? İtburnu

itburbu

NƏNƏLƏRİMİZ NƏ DEYİB? İTBURNU
İtburnu bitkisinin müalicəvi təsiri çox qədimdən məlumdur. Xəstəliklərin müalicəsində itburnunun çiçəyindən, toxumundan və dəmləməsindən istifadə edilir. İtburunun faydaları barədə qədim tibbi kitablarda da rast gəlmək olar.
İtburnu tərkibində ən çox C vitamini olan bitkidir. Onun meyvələrindən və toxumlarından dəmlənən çayları aşağıdakı xəstəliklərin müalicəsində istifadə edirlər:
– qan azlığında
– bədən müqaviməti aşağı düşdükdə
– soyuqlamalarda
– vitamin çatmazlığında
– böyrək xəstəliklərində
İtburnunun meyvələrindən dəmlənmiş çay iştahanın olmaması, öd xəstəlikləri zamanı istifadə olunur. Boğaz ağrılarında, ağız gəlməsində toxumlarını bal ilə qarışdırıb ağızda bir müddət saxlayıb udmaq, iltihaba və boğaz ağrısına qarşı əvəzsiz müalicə üsuludur.
İtbunu çayını dəmləyib içmək orqanizmin müqavimətini artırır, soyuqlamanı aradan qaldırır.
İtburnu mürəbbəsi cinsi həvəsi artirir.
İtburnu çayını dəmləyib səhərdən axşama kimi heç nə yeməmək şərti ilə hər 2 saatdan bir içilsə bədəni zəhərli maddələrdən təmizləyir.
Öskürəyin müalicəsində də itburnu çıçəyindən dəmlənən çay çox faydalıdır.
UNUTMAYIN! ƏN BAHALI DƏRMANLAR BİTKİLIƏRDƏN HAZIRLANIR.

immunitet.az

loading...

Məsləhət Görürük

qis

Orqanizmi qışa necə hazırlamalı

Orqanizmi qışa necə hazırlamalı. İsti yay fəsli öz yerini sərin və küləkli payıza verdikcə havalar …

Яндекс.Метрика

Designed by F.Aliyev