Qaynar Məqalələr

Nənələrimiz nə deyib? Avitaminoz

12974428_1142039682481955_9106131375171332936_n

NƏNƏLƏRİMİZ NƏ DEYİB? AVİTAMİNOZ

Avitaminoz orqanizmdə vitamin çatmazlığıdır. Bu dəfə sizlərə orqanizm üçün lazım olan vitaminlərin təbii üsullarla bərpa edilməsinin bir neçə üsulunu deyəcəyik.
1) 1 çay qaşığı itburnu toxumunu bir stəkan su nisbətində götürüb 10 dəqiqə qaynadırsan, sonra üstünü örtüb ən az 12 saat gözləyirsən.Bu dəmləmə gündə 2 dəfə,yarım stəkan qəbul edilir. İçilməsi çətin olsa dadlandırmaq üçün bal əlavə etmək olar.
2) Sinqa xəstəliyi zamanı limon suyun içinə sıxıb içilir. Limonu dilimləyib üzərinə qənd tozu səpib yemək də sinqa xəstəliyi zamanı xeyirlidir.
3) C vitamini çatışmamazlığı zamanı bolluca soğan yemək lazımdır.
4) Ağ kələmin tərkibində də C vitamini boldur. Salatlarda çiy halda yeyilməsi daha məqsədə uyğundur.
5) Sarımsaq da vitaminlərlə zəngin tərəvəzdir. Yeməyin tərkibində də, yanında da yeməyiniz məsləhətdir.
6) Xurmanın tərkibində olan vitaminləri saymaqla qutarmaq olmaz. Bu meyvə haqqında müqəddəs kitablarımızda da yazılıb .
7) Ərik və ərik qurusunun tərkibində olan vitaminlər və minerallar ürək əzələsini möhkəmləndirir.
8)10 gün ardı ardına 1 kiloqram üzüm yemək insanın B qrup vitaminlərə olan 1 illik tələbatını ödəyir.
9) Narın , albalının tərkibində fol turşusu var.
UNUTMAYIN! ƏN BAHALI DƏRMANLAR TƏBİİ BİTKİLƏRDƏN HAZIRLANIR.

immunitet.az

loading...

Məsləhət Görürük

004

Şüyüd və xəstəliklər

Şüyüd və xəstəliklər. Mədə və bağırsaq xəstəlikləri zamanı şüyüd ağrıkəsici, spazmolitik, qazçıxarıcı, həzmi yaxşılaşdıran və …

Яндекс.Метрика

Designed by F.Aliyev