Kətan yağının faydaları

ketanKƏTAN YAĞININ FAYDALARI.
Kətan yağı kətan bitkisindən alınır. Onun tərkibində doymamış yağ turşusu Omeqa-3 və Omeqa-6 var ki, bu yağların tərkibində xolesterin minimal dozadadır. Tibbi araşdırmalar göstərmişdir ki, kətan yağını gündəlik qida rasionumuza əlavə etsək insult riskini 37 % azaldır. Gündəlik qidamızda 1-2 xörək qaşığı kətan yağı qəbul etsək yağ və yağ turşusu mübadiləmizi normallaşdırar.
1. Arıqlamaq üçün resept. Yeməkdən 20-30 dəqəqə əvvəl 1 çay qaşığı kətan yağı için, get–gedə dozanı artırıb 1 xörək qaşığına çatdırın və yalnız axşam yeməyində qabaq 1 çay qaşığı için. Bir ay sonra siz 3 kq arıqladığınızı görəcəksınız. Üç ay sonra isə çəkinizin 7 kq aşağı düşdüyünün şahidi olacaqsınız.
2. Selilüid əleyhinə pilinq. Bir miqdar kətan yağını üyüdülmüş kofe ilə qarışdırın və vanna qəbul edəndə dərinizin piydən narıngi qaığı kimi olan çopur hissələrinə sürtün.  Dərinizin yumşaq və sığallı olduğunu bir müddət sonra görəcəksiniz.
3. Təmizləyici və hamarlaşdırıcı maska. Yumurta sarısının üzərinə kətan yağı və limon şirəsi əlavə edib 15-20 dəqiqə saxlayıb yuyun. Bu maska dərinizi qara nöqtələrdən xilas edəcək və qırışları azaldacaq.
4. Nəmləndirici maska. Yarım stəkan kefirin üzərinə 2 çay qaşığı kətan yağı əlavə edib üzünüzə sürtün.
Dərinizin yumşaq və təravətli olduğunu birinci maskadan sonra hiss edəcəksiniz.
5. Üzün dərisinə gündəlik qulluq. Kosmetikanızın dərinizə zərər verməməsi üçün işlətdiyiniz krem və losyonlara bir neçə damcı kətan yağı əlavə etmək kifayətdir.
6. Əl və ayaq dərisiniz quruyub kəpəklənibsə 1 yumurtanın sarısını 1 xörək qaşığı kətan yağı ilə qarışdırıb yatmamışdan əvvəl əl və ayağınıza sürtün, sonra selofan paketlə bükün. Səhər ayağınızı sabunsuz ilıq su ilə yuyub salfetlə qurulayın. Dəriniz uşaq dərisi kimi hamar olacaq, qurumuş kəpəklər isə qopub düşəcək.

immunitet.az

loading...

Məsləhət Görürük

zeka

Zəkanı və yaddaşı artırmağın 15 yolu

Zəkanı və yaddaşı artırmağın 15 yolu. Alimlərin hesablamalarına görə insan beyninin ən yaxşı işlədiyi yaş …

Яндекс.Метрика

Designed by F.Aliyev