Spina bifida

12993512_1143235692362354_2449520962688942644_n
Spina bifida – onurğa sütununun parçalanması və bu nahiyədə yırtığın qabarması ilə xarakterizə olunan, mualicə olunmayan xəstılikdir. Bu diaqnoz, adətən, uşaq doğulan kimi aşkar olunur, ağır hallarda cərrahi müdaxilə tələb edir. Ola bilər ki, insan bu patologiya ilə doğulur və uzun muddət bu diaqnozla yaşayır. Bununla belə onda heç bir nevraloji pozğunluq müşahidə edilmir. Bu zaman spina bifidanın ən yüngül növü müəyyən edilir. Belə xəstəlyi olan yaşlı şəxslərdə sidiyi saxlamamaq, bağırsaqla bağlı problemlər ola bilər. Belə adamların kürəyinə baxdıqda onurğanın qüsuru olan nahiyədə ağ ləkə, tüklü adacıq və ya xal müşahidə etmək olar. Məhs bu əlamətlər həkimə bu adamda pozğunluqlar olduğunu müəyyən etməyə kömək edir. Əgər bu uşaq doğulandan sonra cərrahi müdaxilə olunubsa, yırtığ aradan götürülubsə, bu zaman xəstəliyin meningosele və ya mielomeningosele kimi növləri özünu göstərir. Yırtığın aradan götürülməsinə baxmayaraq onurğa beyninin zədələnməsini bərpa etmək mümkün olmur. Buna görə belə uşaqlar ömürlük əlilliyə mübtəladırlar. Bütün həyatı boyu belə adamların bədənləri iflic olur, əgər ayaqlar iflicdilrsə belə adamlar əlillik arabasında hərəkət edirlər. Xəstəliyin inkşafının ağırlığı olan bir siptom da- ayaqlarda və əllərdə qismən və ya tam hissiyatın azalması və ya tamamillə itməsidir. Buna görə belə şəxslər əllərini və ayaqlarını tərpədə bilmirlər. Sidik kissəsi tərəfindən pozğunluqlar- sidiyi saxlaya bilməmək , bağırsaqda qəbizlik ömür boyu onları müşayiət edir. Belə şəxslər öz fizioloji tələbatlarına nəzarət edə bilmədikləri üçün daima pamperslərdən istifadə etməli olurlar.

immunitet.az

loading...

Məsləhət Görürük

agri

Əzələ distrofiyası

Əzələ distrofiyası. Əzələ ditrofiyası əzələlərin zəifləməsi və degeneraziyasının pozulması nəticəsində baş verən patologiyalarla müşahidə edilir. …

Яндекс.Метрика

Designed by F.Aliyev