Qaynar Məqalələr

Evdar xanımlar üçün məsləhətlər

evdar x

Evdar xanımlar üçün məsləhətlər
-Parıltısını itirmiş çilçiraqlar və ev aksessuarlarını əvvəlki vəziyyətə qaytarmaq üçün yarım vedrə suya 3 ədəd limon şirəsi əlavə edilir və əşyalar həmin su ilə silinir.
-Qazanın dibinin yanmaması üçün onu əvvəlcədən soyuq su ilə yumaq və boşqabı çevirib içinə qoymaq lazımdır.
-Evə qarışqa daraşanda limonu dilimləyərək onun gəldiyi yerə qoymaq lazımdır.
-Alüminum qazanım parıldaması üçün onu diş tozu ilı sürtmək lazımdır.
-Çiyələk mürəbbəsinin xarlanmaması üçün onu bişirərkən hazır olana az qalmış 1 kq meyvəyə 1qr hesabı ilə limon turşusu əlavə edilir.
-Şamı yandırmazdan əvvəl 1 saat duzlu suda saxlayanda gec əriyir və yaxşı yanır.
-Sintetik parçanı qızdırılmış qayçı ilə kəsdikdə kəsilmiş yerdən parça saçaqlanmır.
-Ləkə tutmuş ütünun altını duza batırılmış əskiylə silmək lazımdır.
-Pendirin asan rəndələnməsi üçün 15 dəqiqə soyuducunun buzlama gözünə qoyulur.
-Pomidor sousu çox turş olduqda, bir kökü sürtkəcdən keçirib onun içərisinə tökmək onu dadlı edir.
-Göbələklərin daha dadlı olması üçün bişirmədən əvvəl üzərinə bir az duz və limon suyu vurulur, 5 dəqiqə gözlədikdən sonra bişirilir.
-Qoz ləpələrinin qabıqdan asan çıxması üçün bir gecə duzlu suyun içərisində saxlanır.

immunitet.az

loading...

Məsləhət Görürük

qis

Orqanizmi qışa necə hazırlamalı

Orqanizmi qışa necə hazırlamalı. İsti yay fəsli öz yerini sərin və küləkli payıza verdikcə havalar …

Яндекс.Метрика

Designed by F.Aliyev