Qaynar Məqalələr

Bronxoektaziya

bronxBronxoektaziya

Ümumi məlumat:
Bronxoektaziya – broxların genişlənməsi deməkdir. Bronxoektaziya xəstəliyi ağ ciyərlərin aşağı hissəsində broxların genışlənməsi ilə xarakterizə olunur.
Broxoektaziya bütün yaşlarda, 20-40 yaş arasında isə daha çox rast gəlinir. Kişilər qadınlara nisbətən daha çox əziyyət çəkirlər.
Səbəbləri:
Xəstəliyin əmələ gəlməsində broxların keçiriciliyinin pozulması, broxların sekretinin qatılaşması, infeksiyalaşması mühüm rol oynayır və adətən uzun müddət davam edən xroniki bronxitlərdə, xroniki pnevmoniyada ağ ciyərlərin vərəm və sifilitik zədələnmələrində müşahidə olunur.
Simptomları:
Xəstəliyin erkən əlaməti çoxlu bəlğəm ifrazı ilə müşahidə olunan bərk öskürək, bəzi hallarda isə qanhayxırma təşkil edir.cvQulaq asdıqda ağciyərlərin aşağı hissəsində daimi olmayan yaş xırıltılar eşidilir, öskürək kəsdikdə itir. Öskürək daha çox xəstəni səhərlər narahat edir və ağızdolusu irinli və ya selikli irinli bəlğəm ifraz edir. Bəzi xəstələrdə qanhayxırma müşahidə olunur. Xəstələr döş nahiyəsindəki küt ağrılardan ümumi zəiflikdən, tez yorulmadan, baş ağrılarından şikayət edirlər.
Diaqnostkası:
Diaqnozun qoyulmasında xəstənin anamnezində təkrar qrip, bronxit, sinusit kimi xəstəliklərin olması, uşaq yaşlarında bəlğəmli öskürək və qanhayxırma kimi əlamətlərin müşahidəolunması mühüm rol oynayır.
Müalicəsi:
Müalicənin əsasını antibakterial müalicə təşkil edir. Antibiotikləri yeridərkən bronxoskopa, burundaxili kateterə və ya qırtlaq şprisinə üstünlük verilir.
Profilktikası:
Xəstəliyin profilaktikasının əsasını bronxitlərin, göyöskürəyin, qızılca kimi xəstəliklərin vaxtında müalicəsi təşkil edir.

immunitet.az

loading...

Məsləhət Görürük

astma

Bronxial astmanın pilləli müalicəsi

Bronxial astmanın pilləli müalicəsi. Bronxial astmanın müalicəsi pilləli yanaşmaya əsaslanır. Bu yanaşmanın məqsədi daha az …

Яндекс.Метрика

Designed by F.Aliyev