Boğaz ağrısı.

bogaz

NƏNƏLƏRİMİZ NƏ DEYİB? BOĞAZ AĞRISI
Hamınız boğaz ağrısının stafilakokkların törətdyini bilirsiniz. Boğaz ağrısı badamcıqların iıtihablaşması zamanı baş verir ki, bu zaman udma aktı çətin və ağrılı olur, xəstədə yüksək qızdırma, üşütmə əlamətləri baş verir. Mən sizə nənələrimizin boğaz ağrısının müalicəsində təbii yollarla nələrdən istifadə etdiyini söyləyəcəyəm.
1. 1 qaşıq çobanyastığı, 1 qaşıq evkalipt, 1 qaşıq kalendulanı xırdalayıb qarışdırırsan. Bu qaışıqdan 1 xörək qaşığını götürüb üzərinə 1,5 stəkan qaynar su əlavə edirsən. Məhlulu 2 dəqiqə qaynadıb 30 dəqiqə dəmləyirsən (yəni üstünu dəsmalla bükürsən). Gündə 2 dəfə qarqara edirsən. Müalicəni uzun müddət aparsanız boğazdakı mikrobların kökünü kəsmək mümkündür.
2. Qırmızı turpun, 1 stəkan şirəsinin üzərinə 1 çay qaşığı alma sirkəsi tökub gündə 5- 6 dəfə qarqara edirsən.
3. Yarım litirlik şüşəyə süd töküb üzərinə aloe şirəsi töküb, onun da üzərinə azca şəkər tozu səpirsən. Şüşənin ağzını tənziflə bağlayırsan. 3 gün sonra tənzifi açmadan oraya su əlavə edirsən, yenə 3 gün qalır. Daha sonpa şüşənin içindəki məhlul süzülür likör dadında içki olur. Həmin içkini boğazdakı iltihabi proses sorulana qədər içmək lazımdır. Bu içki boğaz ağrısından başqa ağ ciyərlərin soyuqlamasını da aradan qaldırır.
4. Palıd ağacının kökünü 10 dəqiqə qynadıb soyuyandan sonra qarara etmək boğaz ağrısını aradan qaldırır.
5. Qarağatın giləmeyvələrini qaynadıb qarqara etmək udma aktını yüngülləşdirir.
6. Qoz qabığını qaynadıb qarqara eləmək boğazda olan infeksiyaları azaldır.
UNUTMAYIN! ƏN BAHALI DƏRMANLAR TƏBİİ BİTKİLƏRDƏN HAZIRLANIR.

immunitet.az

loading...

Məsləhət Görürük

123210-1

Pərpərən (semizotu) bitkisinin faydaları

Pərpərən (semizotu) bitkisinin faydaları. Pərpərən bitkisi vitamin və minerallarla çox zəngindir. Onun tərkibində olan dəmir, …

Яндекс.Метрика

Designed by F.Aliyev