Qaynar Məqalələr

Bakterial vaginoz

12931042_1143167519035838_8225354532024480803_n

Bakterial vaginoz-uşaqlıq yolunun mikroflorasının patoloji olaraq pozulması deməkdir. Normada uşaqlıq yolunda turşu-süd bakteriyaları vardır. Bakterial vaginozda onların miqdarı azalır, bu da mikrobların inkişafına şərait yaradır.
Səbəbləri:
Səbəbləri tam öyrənilməyib. Bu patologiyanin inkişafında ən çox orqanizmin hormonal balansınin, immun müdafiənin pozulması, cinsi orqanların xroniki infeksiyaları və s. rol oynayır.
Simptomlar:
Əsas simptom-uşaqlıq yolundan xoşagəlməz qoxusu olan ifrazatın xaric olmasıdır. Əvvəl bu ifrazat duru, boz və ya ağımtıl rəngdə olur. Sonra isə bu ifrazat köpüklü, yaşılımtıl-sarı rəngdə olur, qaşınma, diskomfort hissiyyatı olur. Cinsi akt zamanı narahatlıq yaranır.
Ağırlaşmaları:
Bu zaman vaginit inkişaf edə bilər. Tədricən iltihab uşaqlığa, uşaqlıq borularına, yumurtalıqlara keçə bilər. Bu da sonsuzluğa, aybaşının pozulmasına səbəb ola bilər.
İlk əlamətlər yarandıqda ginekoloqa müraciət etmək lazımdır.
Ginekoloq uşaqlıq yolundan yaxma götürərək bakterial diaqnoz aparır. Müalicə antibiotiklərlə başlayır. Bunlar şam şəklində təyin olunur.
Profilaktikası:
Qadın şəxsi gigiyenaya əməl etməlidlr. İldə 1 dəfə həkimə müraciət etməlidır.

immunitet.az

loading...

Məsləhət Görürük

0987-4

Yumurtalıqların anadangəlmə inkişaf anomaliyaları

Yumurtalıqların anadangəlmə inkişaf anomaliyaları. Yumurtalıqların inkişaf anomaliyaları aşağıdakı xəstəliklərlə özünü göstərir: * yumurtalıqların birinin olmaması …

Яндекс.Метрика

Designed by F.Aliyev