Qaynar Məqalələr

Dəriyə qulluq.

deriye

Dəriyə qulluq dedikdə onun müxtəlif vasitələrlə təmizlənməsi və ya dəriyə maskaların qoyulması nəzərdə tutulur. Dərini mağazalarda satılan lasyonlarla silə bilərsiniz. Hazır maskaları da istənilən kosmetika mağazalarından almaq olar. Onların çoxu kimyəvi üsullarla hazırlanır. Mən isə sizə bir neçə təbii maska və lasyon resepti yazmaq istəyirəm.
1. 1 çay qaşığı sarıkök, 1 çay qaşığı bal, 1 çay qaşığı südü qarışdırıb dərinizə sürtün. 30 dəqiqə saxlayib yuyun. Bu maskanı axşam qoymaq lazımdır . Çünki üz yuyulsa da sarıkökün rəngi qalır. Ancaq səhər yenidən yuyulduqdan sonra sarı rəngdən əsər qalmır. Maska dərini işıqlandırır. Qocalmanı zəiflədir.
2. 1 çay qaşığı darçın, 1 çay qaşığı balı qarışdırıb, üzdə 30 dəqiqə saxlayıb yuyun. Dərini parlaqlaşdırır, iltihabı prosesləri aradan götürür.
3. 1 xörək qaşığı şəkər tozu, 1 yumurta, 1 çimdik istiot, 1 dəstə cəfəri, qarışdırıb üzə çəkilir. 10 dəqiqə saxlayıb yuyulur. Bu maska ağardıcı təsirə malikdir.
4. Evdə əlinizin altında nə varsa meyvələr, tərəvəzlər, buğda unu,  ağartı məhsulları – bunların hansından istəsəniz istədiyiniz qədər qarışdırıb üzünüzə sürtə bilərsiniz.
4. 3 ədəd aspirin, yarım çay qaşığı limon suyu, yarım çay qaşığı su. Qarışığı üzə sürtüb 2-3 dəqiqədən sonra silirsən.
5. Bir neçə damcı perkisi kişilər üçün təraş kerminə qatıb üzə sürtülür. 10 dəqiqədən sonra yuyulur. Maska dəridəki ləkələri aparır. Bu maskanı 1 həftədən tez etmək olmaz.
6. Alma sirkəsinin üzərinə yağ əlavə edib (1:1 nisbətdə ) üzə sürtüb yuyulur .Maska dərini parıldadır, rəngini açır, qırışları azaldır.
7. Dəfnə yarpağının dəmləməsi üzdə olan iltihabi prosesləri azaldır.

immunitet.az

loading...

Məsləhət Görürük

http://sac-bakimyagi.blogspot.com/

Dəri, dırnaq, saç və arqan yağı.

Dəri, dırnaq, saç və arqan yağı. Arqan yağının tərkibindəki aktiv birləşmələr dərini ən yüksək dərəcədə …

Яндекс.Метрика

Designed by F.Aliyev