Uretrit sidik kanalının divarının iltihabi xəstəliyidir

 

12923082_1140795652606358_1674750940712566802_n

Uretrit sidik kanalının divarının iltihabi xəstəliyidir
Etioloyiyası: Uretritlərin yaranmasına qonokok , trixomonas, bakteriya ,virus, kandida göbələyi və s. səbəb olur.  Bundan başqa allergiya, durğunluq, zəhərlənmə, maddələr mübadiləsinin pozğunluğu da xəstəliyin əmələ gəlməsinə səbəb ola bilir. Uretrit gedişinə uyğun olaraq birincili və ikincili olur. İnfeksion amilin növünə görə uretritlər spesifik (qonoreya, trxomonas, vərəm) və qeyri-spesifik bakterial (stafilokokk,streptokokk,bağırsaq çöpləri, pnevmokokk), virusabənzər mikroorqanizmlər (mikoplazma,xlamida) kandida mənşəli olurlar.
Uretritlərin ən çox rast gəlinən növü bakterial uretritdir. Bakterial uretrit əksər hallarda qorunmayan təsadüfi cinsi əlaqə nəticəsində qeyri –spesifik mikroorqanizmlərin uretranın selikli qişasına düşməsi nəticəsində baş verir. Bakterial uretrit 2 cür olur:
kəskin
xroniki
Bakterial uretritdə inkubasiya dövrü olmur, yerli iltihabi presesin təzahürü zəif olur.
KLİNİKASI: Sidik kanalında yanğı hissi, ağrılı sidiyə çıxma müşahidə olunur. Adətən sidik kanalından selikli-irinlivə ya irinli ifrazat axır. Sidik axarının selikli qişasında və sidik axarının xarici keçəcəyində ödem müşahidə edilir. Bakterial uretrit olmasını təsdiqləmək üçün ifrazatı mıkroskop altında yoxlamaq lazımdır. Bakterial uretrit bəzən müalicəyə tabe olmur və xroniki hala keçir.
XRONİKİ URETRİT – sidik kanalından az miqdarda selikli ifrazatın ayrılması, yüngül göynəmə hissi ilə xarakterizə olunur və çətinliklə müalicəyə tabe olur. Prosesə sidik kanalının arxa hissəsində yerləşən toxum təpəcikləri qoşulur və toxumun eyakulyasiyasının pozulmasına gətirib çıxarır.
Bakterial uretrit bədəndə olan infeksion xəstəliklər zamanı baş verir, adətən gizli və uzun ömürlü olur.Xəstələr sidik kanalında zəif ağrılar və səhərlər uretradan irinli selikli ifrazatın axdığını söyləyirlər.
Xəstənin sidiyi üç stəkan sınağı ilə bakterioloji müayinə edilir. Son zamanlar diaqnostika üçün törədiciləri dəqiq təyin etmək üçün polimeraz zəncirvari reyaksiya üsulu ilə sidiyi müayinə edirlər.
MÜALİCƏSİ: Xəstəliyin müalicəsi xəstəliyin etiologiyasından, patogenezindən və mikroorqanizmlərin antibiotiklərə qarşı həssaslığından asılıdır. Xəstəyə iltihab və göbələk əleyhinə preparatlar təyin olunur, lazım gələrsə sidik kanalı insillasiya olunur.

 immunitet.az
loading...

Məsləhət Görürük

boyrek

Sidik ifrazının pozulmaları

Sidik ifrazının pozulmaları Sidik ifrazının pozulması gündəlik sidiyin miqdarının dəyişilməsi yaxud onun ifraz olunma ritminin …

Яндекс.Метрика

Designed by F.Aliyev